Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Uzun yol” və “Gecə qaçağı” başlayır

Simsar.az xəbər verir ki, Nizami Kino Mərkəzində aprelin 16-dan etibarən “Uzaq yol”  və  “Gecə qaçağı”  filmlərinin nümayişinə başlanılır.    
Amerika  istehsalı olan “Uzaq yol”  filmini Kreyq Bolotinin ssenarisi əsasında rejissor Corc Tillman dram və  melodram janrında çəkib.
Rodeo üzrə eks-cempion olan Lyuk, yenidən idman həyatına dönməyi fikirləşir. Kollec məzunu Sofiya isə incəsənət sahəsində çalışmaq üçün maraqlı təklif alıb. Gənc insanlar xəyal və sevgiləri arasında seçim qarşısında qalarkən Ayra adlı ahıl kişi ilə rastlaşırlar. Yaşlı dostun, xanımı ilə  yarım əsirlik eşq xatirəsi onları həyatlarının ən mühüm qərarını verməyə ruhlandırır. İki nəsil, iki tarixcə, sonsuz sevgi dramı...
Filmdə baş rollara Skott İstvud, Britt Robertson, Alan Alda, Cek Hyuston, Una Çaplin, Melissa Benoyst,  Lolita Davidoviç,  Elea Oberon,  Keyt Forbs, 
Növbəti, amerika  istehsalı olan “Gecə qaçağı” filmini Bred İnqelsbinin  ssenarisi əsasında rejissor  Haume Kolyet -Serra döyüş, triller, kriminal dram, və detektiv janrında çəkib. Filmin sloqanı: “Pis əməl cəzasız qalmayacaq”. Yaş məhdudiyyəti: +18
Film, keçmiş patronu ilə mübarizəyə girmiş və nəticədə ailəsini mafiya və hakimiyyətin  təhdidlərindən  müdafiə etmək üçün qaçışda olan   killerin həyat dramından bəhs edir.
Rolları aktyorlar  Liam Nison, Yuel Kinnaman, Kommon, Ed Harris, Boyd Holbruk, Bryus MakQill, Cenezis Rodriqez , Vinsent D Onofrio, Luis Smit,  Bo Napp və başqaları canlandırıb.







17 Aprel, 2015  17:44 Baxılıb: 1471 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner