Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Avtobuslardakı ödəmə terminallarını sındıranlar niyə cəzalandırılmır?

“Marşrut avtobuslarında ödəniş terminalları tam quraşdırılmayıb. Bir neçə sərnişindaşıma nəqliyyat vasitələrində sınaq məqsədilə ödəniş terminalları quraşdırılıb”. Bu barədə Simsar.az-a Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı deyib. Sərnişindaşıma vasitələrində quraşdırılmış ödəniş terminallarının istifadəyə yararsız hala salınmasına münasibət bildirən NİİM rəsmisi bununla bağlı vətəndaşların Mərkəzin qaynar xəttinə müraciət etmələrini deyir:

“Avtobuslarda quraşdırılmış avadanlıqlara hər-hansı şəxs, yaxud avtobus sürücüsü zərər yetirirsə hadisəyə şahid olan vətəndaş bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin qaynar xəttinə (141) müraciət etməlidir. NİİM isə həmin şikayətləri Bakı Sərnişin Nəqliyyatına, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə və Nəqliyyat Nazirliyinə göndərə bilər. Lakin ödəniş terminallarının quraşdırılmış avtobuslarda kamera olmadığından Mərkəz həmin avadanlıqlara zərər verənləri nə müşahidə edə bilir, nə də onlara cəza tətbiq edə bilir”.

Avtobuslarda kart sisteminin nə vaxt tətbiq edilməsi məsələsinə də toxunan NİM rəsmisi prosesin I Avropa Oyunlarına qədər mümkünsüz olduğunu bildirdi. “Avropa oyunlarına hazırlıq prosesi ilə əlaqədar hazırda Koordinasiya məsələləri və nəqliyyatdakı vəziyyət müzakirə olunur. Ola bilsin ki, avtobuslarda kart sisteminin tətbiqi bir qədər gecikir. Lakin işə başlanılıbsa, onun  davamı da gələcək. Artıq bununla bağlı hazırlıq işlərinin yekunlaşmaq üzrədir.

Qeyd edək ki, Bakıya gətirlən avtobusların əksəriyyətində sınaqdan keçirilmək məqsədilə ödəmə termminalları quraşdırılıb. Lakin redaksiyamıza daxil olan şikayətlərə görə, qurşadırılmış ödəmə terminalları artıq istifadəyə yararsız hala salınıb.

Aysel Kərimova






17 Aprel, 2015  16:44 Baxılıb: 1064 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner