Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Telekanalların monitorinqi ilə bağlı KONFRANS

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dilinin zamanın tələblərinə uyğun işlədilməsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının tələblərinə uyğun olaraq yanvar-aprel aylarında aparılmış telekanalların monitorinqi ilə bağlı mətbuat konfransı keçirib. Simsar.az-ın  xəbərinə görə, ölkənin 6 televiziya kanalını əhatə edən monitorinqdə (İctimai TV, ANS TV, ATV, Space TV, Lider TV və Xəzər TV) xəbər və xəbərdən törəmə proqramların dili araşdırılıb, bu proqramların dilinin normaya uyğunluğu nəzərdən keçirilib.

Mətbuat konfransını giriş sözü ilə İnstitutun direktoru, akademik Tofiq Hacıyev açaraq dillə bağlı “Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində görülən işlərdən söz açıb. O, ədəbi dilin KİV sahəsində, xüsusən də televiziyalarda işlənməsinin özəllikləri və mövcud problemlər, o cümlədən nöqsanlar haqqında danışıb.

MTRŞ-nın sədr müavini professor Qafar Cəbiyev çalışdığı qurumun TV-lərlə bağlı apardığı son montonrinqlər zamanı diqqəti cəlb edən əsas nöqsanlardan danışıb. O, dil nöqsanlarının aradan qaldırılmasında monitorinqlərin əhəmiyyətini xüsusi qeyd edib.

Mətbuat konfransında çıxış edən İnstitutun Monitorinq şöbəsinin müdiri professor Qulu Məhərrəmli TV-lərin dilinin monitorinqi ilə bağlı bəzi problemləri diqqətə çatdırıb. O, dil qüsurlarının aradan qaldırılması məqsədilə Dilçilik İnstitutunun MTRŞ ilə birgə may ayında keçirəcəyi təlimlər barədə də məlumat verib.

Daha sonra İnstitutun aparıcı elmi işçisi, televiziyaların monitoriqi üzrə qrup rəhbəri Şahlar Məmmədli statistik təhlillər əsasında televiziyaların dili üzərində aparılmış monitorinqin nəticələri və müşahidə olunan dil qüsurları barədə danışıb. Ş.Məmmədli bildirib ki, monitorinq zamanı ümumilikdə 400-dən artıq norma pozuntusu aşkarlanıb və dil səviyyələri üzrə 145 səviyyəvi nümunə tədqiqata cəlb edilib. Onlardan 74-ü leksik-üslubi, 29-u fonetik, 41- i isə qrammatik normaya aid dil qüsurlarıdır. Araşdırma zamanı 20 % fonetik norma, 24 % leksik norma, 27 % üslubi norma, 22 % morfoloji norma və 7 % sintaktik norma pozuntusu məlum olub.
Faktlar göstərir ki, aparıcıların nitqində üslub səhvləri daha çoxdur. Ədəbi dil normalarının pozulma hallarını əks etdirən dil faktlarından 15 %-i İctimai TV-də, 14 %-i ATV-də, 15 %-i ANS TV-də, 18 %-i Xəzər TV-də, 17 %-i Space TV-də, 21 %-i isə Lider TV-də müşahidə edilib. Buna baxmayaraq dil səviyyələri üzrə fərqli nəticələr üzə çıxıb: fonetik normanın tələblərinə ən çox İctimai TV, ən az ATV riayət edib. Leksik-üslubi normalar ən çox ATV və ANS TV-də gözlənilib. Qrammatik normanın pozulma halları isə ən çox Xəzər TV-də müşahidə edilib.
Sonda mətbuat konfransının təşkilatçıları KİV nümayəndələrinin suallarını cavablandırıblar.






17 Aprel, 2015  15:35 Baxılıb: 1124 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner