Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Pilotsuz təyyarələr istehsal ediləcək

Yavər Camalov: "iki il ərzində beynəlxalq müdafiə sərgilərində ölkənin nümayiş etdirdiyi məhsulların sayı təxminən 3 dəfədən çox artıb"

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilin sonuna qədər 60 ədəd pilotsuz təyyarə istesal etməyi planlaşdırır. ANS TV-nin məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin İstanbul şəhərində təşkil olunan "İDEF-2011" X beynəlxalq müdafiə sərgisinin açılışından sonra jurnalistlərə açıqlamasında deyib.

"Pilotsuz təyyarələr zavadonunun açılışı olub. Həmin zavodda 2 növdə pilotsuz uçan aparatlar istehsal olunur. Bu il Müdafiə Sənayesi Nazirliyinə sifariş verilib. İlin sonuna qədər 60 ədəd uçan aparat istehsal edib, təhvil verəcəyik", deyə nazir qeyd edib.

Nazir həmçinin Türkiyənin müdafiə təyinatlı məhsulların istehsalı ilə məşğul olan şirkətləri ilə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi arasında imzalanan protokola əsasən birgə istehsal ediləcək məhsullardan da danışıb:

"Türkiyənin silahlarının Azərbaycanda birgə istesalı, eyni zamanda Azərbaycanda istehsal olunan 12,17 mm-lik snayper tüfənginin birgə istesalı ilə bağlı razılıq əldə etdik. Yaxın vaxtlarda bu layihə həllini tapacaqdır. Türkiyənin "Aselsan", "Roketsan" makina şirkətləri ilə bir sıra məhsulların birgə istehsalı ilə bağlı niyyət protokolu imzalamışıq.122 mm-lik raketlər, gecəgörmə cihazları ilə bağlı razılıq əldə etmişik".

Müdafiə sənayesi sahəsində Azərbaycanin bir çox uğurlara imza atdığını deyən Yavər Camalov iki il ərzində beynəlxalq müdafiə sərgilərində ölkənin nümayiş etdirdiyi məhsulların sayının təxminən 3 dəfədən çox artdığını vurğulayib.

"Bu gün Türkiyənin İstanbul şəhərində keçirilən müdafiə sənayesi sərgisində 89 adda müdafiə təyinatlı məhsul nümayiş etdiririk. Bu, çox böyük irəliləyişdir. 2009-cu ildə ilk dəfə "İDEF" sərgisində 27 adda məhsulumuz nümayiş olunmuşdu", deyə Y. Camalov əlavə edib.

Qeyd edək ki, sərgidə 71 ölkədən 411-ə yaxin şirkət iştirak edir. Əvvəlki sərgilərdə olduğu kimi məqsəd yeni növ silah, döyüş sürsatları və müdafiə təyinatli digər məhsulların satışını təşkil etmək, eləcə də yeni texnologiya və avadanlıqların Azərbaycana gətirilməsindən ibarətdir.






11 May, 2011  18:59 Baxılıb: 1266 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner