Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kapadokyanın əsas küçələrindən biri Qarabağ adlanacaq

Tarixi Kapadokyanın mərkəzi küçələrindən birinə Qarabağ adı verilib

Millət vəkili Qənirə Paşayeva Nevşəhərə səfəri şərçivəsində tarixi Kapadokyanın Uçhisar bələdiyyə başqanı Ali Karaaslan ilə görüşüb. Bələdiyyə başqanı ilə yenidən görüşməkdən məmnun olduğunu deyən millət vəkili Qənirə Paşayeva gorüşdə Azərbaycan  ilə  Türkiyənin bəzi  şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər  və  bələdiyyələr olduğunu bildirərək, qədim Kapadokya, Uçhisarla da Azərbaycan bölgələrindən  biri  ilə qardaş olaraq görmək istədiklərini bildirib və bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı ilə bağlı  da fikir mübadiləsi aparıb. Uçhisar bələdiyyə başqanı millət vəkili Qənirə Paşayevanın bundan öncə Nevşəhərə səfəri zamanı verdiyi konfransda və Azərbaycan-Türkiyə qardaşlıq gecəsində çıxışında üzünü Nevşəhərlilərə tutaraq bu tarixi bölgədə gözəl Qarabağımızın adını daşıyan bir park və ya küçə görmək istəyirik çağırışını xatırladaraq tarixi Kapadokya olaraq bu çağırışa səs verdiklərini və bələdiyyə qərarı ilə turizm mərkəzlərindən biri olan Kapadokyanın mərkəzi küçələrindən birinə Qarabağ adı verdiklərini bildirib və bunun bir qardaşlıq vəzifəsi olduğunu deyib. Uçhisar bələdiyyə başqanı bununla bağlı rəsmi qərarı millət vəkili Qənirə Paşayevaya təqdim edərək “Azərbaycanın sevinci sevincimiz, kədəri də kədərimizdir. Qarabağ sizin olduğu qədər bizim də acımızdır və inşallah Azərbaycan və Türkiyə olaraq birlikdə işğaldan azad edəcəyik” deyib.  O, iyul ayında küçənin açılış mərasiminin keçiriləcəyini deyib və millət vəkili Qənirə Paşayevanı da dəvət edib. O, Uşhisar bələdiyyəsinə rəhbərliyi dövründə  Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” seriyasında yazdığı “Aşıq oldum Sənə -Nevşəhər” adlı yeni kitabını təqdim edib və bildirib ki, bu əziz Nevşəhərlilərə, Kapadokiya, Uçhisar sakinlərinə onun kiçik bir hədiyyəsidir. Kitabın Nevşəhərdə geniş tanıtımı olacağını deyən millət vəkili Qənirə Paşayeva kitabın ilk nüsxəsini bələdiyyə başqanına hədiyyə edib və bildirib ki, bu kitabın nüsxələri Azərbaycanda universitet, məktəb, kitabxanalara hədiyyə ediləcək ki, gənclərimiz buradakı tarix, mədəniyyətimiz, insanımızı daha da yaxından tanısın. O, Azərbaycan insanına bu gözəl bölgəni daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək deyib. Kapadokyada mərkəzi küçələrdən birinə  Qarabağ adının verilməsi ilə bağlı qərarlarına görə bələdiyyə başqanına və bələdiyyə üzvlərinə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva bu addımın vacibliyi və əhəmiyyəti ilə bağlı fikirlərini də bölüşüb.  Millət vəkili  bələdiyyə başqanı   və xanımını  Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə  dəvət edib. Dəvəti məmnuniyyətlə  qəbul edən  bələdiyyə başqanı Ali Karaaslan Azərbaycana məmnuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini   deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva  Uçhisar  bələdiyyə başqanına həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib. O da millət vəkilinə Kapadokyanın tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib.







17 Aprel, 2015  10:30 Baxılıb: 889 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner