Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“21:15 qatarı” məkana yetişib - TAMAŞA

Akademik Milli Dram Teatrında  “21:15 qatarı” adlı yeni tamaşanın premyerası olub.
Səhnə əsəri  türk dramaturqu Toyqun Orbayın pyesi əsasında hazırlanıb. Pyesi Azərbaycan dilinə Dilsuz tərcümə edib.

Tamaşanın quruluşçu rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşada xalq artisti, dövlət mükafatı laureatı Hacı İsmayılov (Vağzal məmuru), xalq artisti Nurəddin Mehdixanlı (Kişi), əməkdar artistlər Sənubər İsgəndərova (Qadın), Firuz Xudaverdiyev (Yaşlı kişi), aktyor Ramin Şıxəliyev (Yaşlı Kişi) çıxış edirlər.
75 dəqiqə davam edən tamaşa iki insanın vağzalda qarşılaşmasından bəhs edir. Kiçik vağzalda saat hər zaman 21.15-i göstərir. "2115 qatarı"nın isə adı var, amma özü mövcud deyil. Vağzalda tanış olan bu naməlum kişi və qadın düşünür ki, gözlədikləri qatar heç vaxt gəlməyəcək. Gəlməyəcək qatarı gözləyə-gözləyə vaxtlarını bir-birlərini tanımağa, incəsənət, musiqi, həyat, insanlar və ümumilikdə var olmaq haqda düşüncələrini paylaşmağa sərf edirlər. Kişi əsl intellektual, qadın isə tez-tez etiraz edən şagird rolunda çıxış edir. Bu vaxt ərzində onlar qatarsız qalan vağzalın rəhbəri ilə də tanış olurlar. Tamaşanın sonunda qatar gəlir və kişi gözdən itir. İndi onun yerini növbəti sərnişinə yol göstərəcək qadın tutub. Hadisələr biri-birini beləcə əvəz edir.
“2115 qatarı” birpərdəli pyesi 2002-ci ildə yazılıb. Bu tamaşa Akademik Milli Dram Teatrının T.Orbay yaradıcılığına ilk müraciətidir.

Simsar.Az






16 Aprel, 2015  13:43 Baxılıb: 1674 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner