Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Otellərdə qiymətlər endiriləcək

Əbülfəs Qarayev: "bizim tövsiyələrimiz əsasında müəyyən ölçülər götürülür"

Əbülfəs Qarayev: “Bu il Azərbaycana ötən ilə nisbətən 10 faiz artıq turistin gələcəyi gözlənilir”

Bu ilin yay mövsümündə Azərbaycanda turizm xidmətləri göstərən şirkətlərin və otellərin qiymətləri keçən ilə nisbətən daha münasib olacaq. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.


Nazir bildirib ki, daxili turizmdə qiymətlərin aşağı salınması ilə bağlı xüsusi bir sənəd hazırlanır: “Mən qiymətlər və faizlər barədə danışmaq istəməzdim. Bu, hər otelin öz qərarı ilə nəticələnir. Amma bizim tövsiyələrimiz əsasında müəyyən ölçülər götürülür. Ümidvarıq ki, iyunun ortasından başlayaraq, artıq biz bu qiymətlərin aşağı salınmasını hiss edəcəyik”.


Ə. Qarayev “Turizm ili” çərçivəsində görüləcək tədbirlər barədə danışarkən qeyd edib ki, Azərbaycan turizmi ilə bağlı normativ hüquqi aktların hazırlanmasına və onların tətbiqinə daha çox əhəmiyyət veriləcək: “Bu istiqamətdə həyata keçiriləcək əsas işlərdən biri Azərbaycanda turizm statistikasının yenidən qurulması və xidmətlərin klassifikasiyasının müəyyənləşdirilməsidir”.


Nazir bildirib ki, bu il Azərbaycana ötən ilə nisbətən 10 faiz artıq turistin gələcəyi gözlənilir: “Bu, real rəqəmlərə əsasən olan göstəricidir. Ümumdünya Turizm Təşkilatının sənədlərində son 2 il müddətində Azərbaycanda bu sahədə ən yüksək inkişaf tempinin olduğu qeyd olunur. Biz düşünmürük ki, bu dərəcəni saxlamaq mümkündür. Amma Azərbaycanda görülən işlər, yeni layihələr ölkəyə turist səfərlərini təşkilinə müsbət təsir göstərəcək”.






11 May, 2011  17:43 Baxılıb: 1164 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner