Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“SİMSAR” TEATR-STUDİYASININ BİR YAŞI OLDU

Pərviz Məmmədrzayev: “Əgər aktyor oxuya bilirsə, səs imkanları, akrobatik, jonqlyorluq bacarığı və başqa istedadı varsa ondan yararlanmaq lazımdır”

“Simsar” teatr-studiyasının bir yaşı tamam oldu. Teatr-studiyanın direktoru İradə Nurəddinqızı, bədii rəhbəri əməkdar artist Pərviz Məmmədrızayev, aktyor və rejissorlar Qurban Məsimov və Nicat Həbibzadədir. 
Teatr-studiyanın hazırladığı tamaşalarda əsasən pontamim və musiqidən istifadə olunur. Teatrın bədii rəhbəri P. Məmmədrzayev Simsar.az saytına deyib ki, tamaşaların qarışıq janrda qurulmasında məqsəd plastikanın vəhdətini yaratmaqdır: “Səhnə əsərlərini musiqili, sözlü, hərəkətli olaraq qəlibləşdirmək fikrində deyilik. Ola bilər ki, müxtəlif tamaşalarda sözdən, musiqidən istifadə olunsun. İndi səslənən fikirlər həddindən artıq asan dilə gətirilir, amma həyata keçirmək elə də asan deyil. İdeyalar çoxdur. Tamaşaçı bir qədər fərqli düşüncəni, məhz bizim yozumumuzu görməlidir. Bizim elə böyük bir iddiamız yoxdur. Sadəcə işləmək, müxtəlif janrlarda özümüzü sınamaq istəyirik”.

P. Məmmədrzayev çoxdan belə bir teatr açmaq istəyinin olduğunu bildirib: “Düşünürdüm, belə bir teatr yaradacam ki, orda aktyorun bütün imkanlarından istifadə olunsun. Əgər oxuya bilirsə, səs imkanları, akrobatik, jonqlyorluq bacarığı və başqa istedadı varsa ondan yararlanmaq lazımdır”.

Bədii rəhbəri fikrincə, ilk növbədə aktyorun nizam- intizam, ədəb qaydaları böyük əhəmiyyət daşıyır: “İnsan istedadlı olub, olmaya bilər. Amma ədəb-ərkan qaydaları hökmən olmalıdır. Mən belə insanları öz heyətimdə görmək arzusundayam. Təbii ki, aktyorun çox olmasını istəyirəm. Ən azı 8-10 aktyor olmalıdır. Bundan başqa, gələcəkdə kimsə gəlib bizim studuyada rejissorluq da edə bilər. Yetər ki, maraqlı ideyası və tamaşa qurmağa gücü olsun”.

İlk tamaşası “Vaqa”nı yanvarın 27-də təqdim edən teatr-studiyanın hazırlayacağı yeni tamaşalar olacaq. P. Məmmədrzayev planların çox olduğunun dedi: “Amma “arxı tullammamış “hop” deməyi” sevmirəm. Düşünürəm sonra alınmaz və mənim də haqqımda kimdəsə yalançı təəssüratlar yaranar. Uşaq olmamış onun boy-buxununu, xarakterini dəqiqləşdirmək mümkün olmadığı kimi bu planları da əvvəlcədən açıqlamaq doğru olmaz”.

Simsar.az saytı bir yaşı tamam olan teatrın rəhbərini və kollektivini təbrik edir və əvvəlcədən açıqlamaq istəmədikləri planların layiqincə həyata keçməsini arzulayır.

Arifə Mikayılova






11 May, 2011  17:10 Baxılıb: 1707 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner