Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Çoxlu “selfi” çəkdirən kişilərdə bu problem var – 20 psixoloji GERÇƏK

İnsan psixologiyası qəribə xüsusiyyətləri ilə seçilir. Simsar.az bu xüsusiyyətlərdən bəzilərini diqqətinizə çatdırır:

1. İnsanın özünü qıdıqlaması mümkün deyil. Yalnız bəzi şizofren xəstələr bunu edə bilirlər;

2. “Paris sindromu” deyilən bir məfhum var. Bu xarici turistlərin, xüsusilə yaponların Parisi gördükdən sonra keçirdikləri haldır. Belə ki, Parisə böyük ümidlərlə gələn bir çox ziyarətçilər, şəhəri düşündükləri kimi görmədikləri üçün depressiyaya düşürlər.

3. İnsan beyni cansıxıcı söhbətləri olduğu kimi yadda saxlamır. Ona lazım olan hissələri daha maraqlı şəkildə yaddaşına həkk edir;

4. Sosial şəbəkə profillərində çox sayda “selfie” yükləyən kişi istifadəçilərdə psixopatlığa meyl yüksəkdir;

5. İnsanın qulaq asdığı musiqi onun dünyaya baxış tərzinə təsir edir;

6. Pulu ehtiyacları qarşılamaq üçün yox, fərdi inkişaf məqsədi ilə xərcləmək insanı daha çox xoşbəxt edir;

7. “Yeriyən cəsəd sindromu” deyilən bir xəstəlik mövcuddur. Belə psixoloji problemli xəstələr bədənlərinin çürüdüyünü, orqan və qanlarının olmadığını düşünürlər;

8. Televizorların həyatımıza daxil olmasından sonra başlayan sindromlardan biri də “Truman sindromu”dur. Bu sindroma yoluxan insanlar həyatlarının hər anının televiziyada təqdim edilmək üçün lentə alındığını zənn edirlər.

9. İnsanın ən bəyəndiyi mahnı, mütləq, onun həyatının hər hansısa bir anı ilə əlaqəli olur;

10. Psixoloji müşahidələr nəticəsində müəyyən edilmişdir ki, savadsız insanlar özlərini mükəmməl hesab etdikləri halda, savadlılar, daha çox, sadəlövhdürlər;

11. “Qüds sindromu”na yoluxan insanlar bu şəhəri ziyarət etdikdən sonra özlərini müqəddəs hesab edirlər. Hətta, özlərini Həzrəti Musa, Həzrəti İsa və başqa müqəddəs şəxslər zənn edənlər də var;

12. Anadangəlmə kor olan insanlar şizofreniyaya tutulmur;

13. “Nomofobiya”dan əziyyət çəkənlər mobil telefonlarını itirməkdən və ya yaddan çıxarmaqdan qorxurlar;

14. Bir insanla 20 saniyə müddətində qucaqlaşaraq qalmaq beyində oksitosin hormonunun ifraz edilməsi ilə nəticələnir. Belə olduqda, qucaqladığınız insanla aranızda güclü inam bağı yaranır;

15. Fiziki cəhətdən yorğun olan insanlar daha səmimi olurlar;

16. İnsanlar Yer üzərində müxtəlif ərazilərdə yaşasa, müxtəlif dillərdə danışsa da, 6 hiss üçün eyni mimikalardan istifadə edirlər. Bunlar xoşbəxtlik, qəzəb, kədər, qorxu, təəccüb və iyrənmə mimikalarıdır;

17. Psixoloqlar məqsədlərinizi gizli saxlamağınızı məsləhət görürlər. Çünki, bu barədə kimlərəsə danışdıqda, onları reallaşdırmaq ehtimalı azalır;

18. Müasir dövrdə internetdən asılılığın da psixoloji xəstəlik kimi dəyərləndirilməsi psixoloqlar arasında müzakirə mövzusudur;

19. İnsanların çox istədiyi birisini görəndə göz bəbəklərinin böyüməsi halı onlar nifrət etdikləri birini də görəndə baş verir;

20. Kim isə tərəfindən rədd edilmə beyində fiziki əzab kimi dəyərləndirilir. Buna görə, insanlar rədd edildikdə özlərini fiziki cəhətdən əzgin hiss edirlər.

Vüsal






14 Aprel, 2015  11:14 Baxılıb: 2382 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner