Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

“İki sahil”in oxuculara növbəti töhfəsi...

Qəzetin ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilən “Xüsusi buraxılış”ı çapdan çıxıb 

Vüqar Rəhimzadə: “Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır”

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə işıq üzü görən 84 səhifəlik xüsusi buraxılış ümummillli liderin rəhbərliyi ilə Azərbaycanın müxtəlif sahələr üzrə qazandığı uğurları əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqəti cəlb edir. Nəşrin üz qabığında qeyd edilən «... Siz özünüzə tayı-bərabəri olmayan abidə, əsrlər boyu yaşayacaq əbədi abidə yaradıbsınız. Bu abidənin adı Azərbaycandır, tərəqqi edən, yeni, xoşbəxt Azərbaycan» fikri ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətləri müstəqil dövlətimizin dünəninə, bu gününə və gələcəyinə bələdçilik edən inkaredilməz reallıqdır. Xüsusi buraxılışda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamları, siyasi fəaliyyəti, hakimiyyətdə olduğu illər, Azərbaycanın dövlət müstəqilliyinin bərpası, qorunması və möhkəmləndirilməsi istiqamətində gördüyü işlər, bu uğurların davamlığını təmin etmək üçün 2003-cü il prezident seçkilərində öz namizədliyini geri götürərək xalqa müraciəti, sonrakı dövrlərdə bu etimadın real işlərdə öz əksini tapması xüsusi qeyd edilir.

1969-cu il- ilk dəfə siyasi hakimiyyət

Qəzetin əməkdaşı Xuraman İsmayılqızının «Heydər Əliyev fenomeni: şəxsi keyfiyyətlər, siyasi təcrübə, ictimai rəğbət» yazısında ulu öndərin 1969-cu ildə ilk dəfə siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycanın sovetlər məkanında dünya şöhrətli, qüdrətli bir dövlət kimi tanınması istiqamətində gördüyü işlər, həyata keçirdiyi tədbirlər geniş təhlil olunur. Yazıda həmçinin ulu öndərin Naxçıvanda yaşadığı illərə xroniki nəzər salınır. Bu uğurlar 1993-2003-cü illərdə görülən işlərə stimul verdi.

Heydər Əiyev gələcəyə aparan yolları müəyyən edib

Qəzetin əməkdaşı Telman Qafarın «Milli məfkurənin formalaşması, iqtisadi inkişaf dövrü» yazısında ulu öndərin Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və möhkəmlənməsində rolu xüsusi vurğulanaraq qeyd edilir ki, Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tarixmizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yol əslində 1969-cu ildən, məhz Onun hakimiyyətə gəlişindən sonra başlanır.

Sonrakı yazılar ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın ayrı-ayrı sahələrdə yüksəlişinə həsr olunub. Yeganə Əliyevanın «Bütün fəaliyyətimi xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm» yazısında ümummilli liderin 1993-cü ilin oktyabrın 10-da keçirilən andiçmə mərasimində Azərbaycanın uğurlu gələcəyi naminə verdiyi vədlərdən və sonrakı dövrlərdə onların real həyatda öz əksini tapmasından bəhs olunur.

Bütün istiqamətlərdə inkişaf

Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm bir hissəsi Yeni Azərbaycan Partiyası ilə bağlıdır. Qəzetin əməkdaşı Nail Rəhimzadə «Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır» adı altında hazırladığı yazıda ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranma zərurətini və keçdiyi inkişaf yolunu geniş təhlil edir. YAP yaranandan 6 ay sonra partiyanın yaradıcısı Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı və xalqımızın ulu öndərə, onun yaratdığı partiyaya bağladığı ümidlər ardıcıl olaraq həyata keçirilməyə başladı. Ümummilli liderin YAP-ın gələcəyi ilə bağlı söylədiyi həmin fikir sonrakı proseslərin gedişində bir daha təsdiqini tapdı. Bu gün YAP nəinki ölkənin, ümumilikdə regionun aparıcı siyasi təşkilatıdır.

Qəzetin əməkdaşları Şəmsiyyə Əliqızının «Təcrübəli dövlət xadimi, müdrik siyasətçi, demokratik ideyalar carçısı», İlqar Məmmədlinin «Ulu öndər Heydər Əliyev yeni neft strategiyasının banisidir», Zahid Rzanın «Silahlı Qüvvələrin yaradılması müstəqilliyin atributu, tarixi nailiyyətidir», Aynurə Şirinovanın «Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailyyətimizdir», Orxan Vahidoğlunun «Azərbaycanda söz azadlığı, fikir azadlığı, siyasi plüralizm geniş yer almalıdır», Sevinc Azadi «Vətən birdir və hamı bu Vətən uğrunda çalışmalıdır», Tural Asifoğlunun «İqtisadi tərəqqi güclü sosial islahatların əsasıdır», Günel Eyyubovanın «Gənclərin milli ruhda böyüməsi dövlətin elm, təhsil siyasətinin əsasını təşkil etməlidir», Elçin Zamanın «Sabitlik varsa, inkişaf da var», Cəlil İmanovun «İnsan hüquq və azadlıqlarının ən böyük təminatçısı», Namil Dəlidağlının «Müdrik Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti bundan sonra da gücləncək, zənginləşəcək və hərtərəfli inkişaf edəcəkdir» yazılarında Azərbaycanın bütün istiqamətlərdə keçdiyi inkişaf yoluna nəzər salınır, bu uğurların fonunda gələcəyə böyük inam hissi ifadə olunur.

“Uğurlu gələcəyə böyük inamla”

“İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə “Uğurlu gələcəyə böyük inamla” yazısında ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlər bir daha oxuculara çatdırılır. Yazıda bu fikir xüsusi vurğulanır ki, xalq-Prezident birliyi möhkəmdir, sarsılmazdır. Azərbaycan xalqı verilən hər bir vədin konkret əməli işdə təsdiqini tapdığının şahidinə çevrilməklə həyata keçirilən siyasətə dəstək olur, dövlət başçısının ətrafında sıx birləşərək, gələcəyə böyük inamla irəliləyir.

Heydər Əliyev: “Mən gələcəyə inanıram”

Xüsusi buraxılışın son səhifəsindən ulu öndər Heydər Əliyevin «Müstəqil Azərbaycanın böyük gələcəyi var. Mən bu gələcəyə inanıram» fikrinin əksini tapması təbii ki, səbəbsiz deyil. Azərbaycanın bugünkü uğurları həmin tezisin təsdiqidir. Bu gün ölkəmizin regionda və dünyada əsil söz sahibinə çevrilməsi ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin və hazırda bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsinin nəticəsidir. “Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır”.

Aynurə Həsənova






10 May, 2011  20:14 Baxılıb: 1397 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



11 Noyabr, 2019  15:26

11 Noyabr, 2019  09:24

8 Noyabr, 2019  18:11








8 Noyabr, 2019  09:38






7 Noyabr, 2019  16:11





7 Noyabr, 2019  13:11




6 Noyabr, 2019  17:09






6 Noyabr, 2019  10:32

6 Noyabr, 2019  10:25



6 Noyabr, 2019  10:07










5 Noyabr, 2019  12:26


sagbanner