Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maaşların qaldırılmasında inflyasiya təhlükəsi

Dövlət Statistika Komitəsi proqnozlaşdıra bilmir

Azərbaycanda əmək haqqı və pensiyaların gözlənilən artımının inflyasiyaya səbəb olacağını indidən proqnozlaşdırmaq mümkün deyil.

Simsar.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Statistika Komitəsinin sədri (DSK) Arif Vəliyev bildirib.

Onun sözlərinə görə, inflyasiyanın olub-olmayacağı maaş və pensiyaların nə qədər artırılacağından asılıdır: «Dəqiq məbləğ bəlli olandan sonra konkret fikir söyləmək olar».

DSK sədri qeyd edib ki, yay aylarında ölkədə ərzaq-tərəvəz mallarının ucuzlaşması gözlənilir: «Payızda isə mövsümə uyğun olaraq müəyyən bahalaşma istisna deyil. Son vaxtlar ət və digər ərzaq məhsullarının qiymətində müşahidə olunan bahalaşma süni xarakter daşıyır. Çünki biz bu məhsulları özümüz istehsal edirik, idxal etmirik».

Komitə rəhbəri aprel ayında Azərbaycanda deflyasiya qeydə alındığını vurğulayıb: «Yay aylarında adətən tikinti materialları bahalaşır. Güman edirəm ki, bu il də belə olacaq. Qışda isə tikinti azaldığından ucuzlaşma baş verir».

A.Vəliyev deyib ki, bu il yoxsulluq səviyyəsi istehlak səbətinə görə götürülüb: «Bu məbləğ 98 manatdır. İlin axırına müəyyən qədər inflyasiya olsa, məbləğ bir qədər də artacaq».






10 May, 2011  16:34 Baxılıb: 1353 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner