Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

KEÇMİŞ MÜAVİNİ İLYAS İSMAYILOVUN TƏKLİFİNİ MƏNTİQSİZ SAYIR

İlham Rəhimov: “Ölüm hökmü məsələsində höcətlik edənlər ağılsızdır”

İlyas İsmayılov: “Bəzi boş-boş danışanlardan fərqli olaraq, təcrübəyə əsaslanan fikirlər söyləyirəm”

“Ölüm cəzası ümumiyyətlə hər zaman mübahisə predmeti olub. Bunun hər zaman tərəfdarları da olub, əleyhidarları da. Məsələnin indiki vaxtda ortaya atılması isə həm təəccüblüdür, həm də adi görünür”.

Bunu “Yeni Müsavat”a müsahibəsində hüquqşünas, professor İlham Rəhimov deyib. Onun sözlərinə görə, əgər sübut olunubsa ki, ölüm cəzasının cəmiyyətə heç bir xeyri yoxdur, onda bunun təkrar müzakirəsinə ehtiyac da yoxdur: “Prinsip etibarı ilə Azərbaycanda bu indiki halda ölüm cəzasının bərpası mümkün olası deyil. Çünki bunun həm siyasi, həm hüquqi, həm də müəyyən qədər mənəvi-fəlsəfi səbəbləri var. Siyasi səbəb odur ki, biz konvensiyaya qol çəkmişik. Düzdür, orada iki halda - ölkə müharibə vəziyyətindədirsə və müharibə başlanması təhlükəsi olduqda ölüm hökmünün bərpası mümkün hesab olunur. Amma faktiki olaraq hazırda bizdə bu iki səbəbin heç biri yoxdur. Ona görə də bunun ortaya atılması məntiqsizdir. Prinsipcə, ölüm cəzasının tərəfdarları hər zaman belə bir əsas gətirirlər ki, bu, müəyyən qədər ağır cinayətlərin qarşısını ala bilər. Yəni insan həyatını itirəcəyini bildiyi üçün psixoloji baxımdan ağır cinayəti törətməkdən çəkinir”.

Hüquqşünas bildirib ki, bu vaxta qədər ölüm cəzası qüvvədə olduğu vaxtla, onun ləğvindən sonrakı müddətdə həmin tip cinayətlərin statistikasında dəyişiklik olmadığını deyib: “Müqayisə üçün, 1996-cı ildən Azərbaycanda ölüm cəzası ləğv olunub. Düzdür, 1992-ci ildən buna moratorium qoyulmuşdu, amma de-yure 96-cı ildən tətbiq olunmur. 15 ildir bizdə ölüm cəzası yoxdur, amma onun mövcud olduğu dövrlə bu 15 ili müqayisə etdikdə görürük ki, ağır cinayətlərin baş vermə tempində heç bir dəyişiklik yoxdur. Bu rəsmi statistikadır. Biz bu gün ölüm cəzasını geri qaytarsaq, statistikada heç bir dəyişiklik olmayacaq. Kimsə hansısa bir dövlətin praktikasından sübut eləsə ki, filan ölkədə ölüm hökmü yox idi, sonra onu bərpa elədilər, bundan sonra orada ağır cinayətlər azalıb, onda əlimi qaldırıb təslim olardım. Amma heç yerdə belə bir statistika yoxdur. İndiki vaxtda ölüm cəzasını tələb edənlər bilirsiniz kimə bənzəyir? Bu saat hamı bilir ki, Günəş yox, Yer öz oxu ətrafında fırlanır. Elm bunu sübut edib, bunun əleyhinə çıxmaq ağılsızlıq olardı. Amma elə adamlar var ki, deyir Yer fırlanmır, sübut mənim öz gözlərimdir, görürəm ki, mən yerimdə durmuşam, Günəş fırlanır. Ölüm hökmü məsələsində höcətlik edənləri də onlara bənzədirəm. Ölüm cəzasının tərəfdarları fikirlərini həm də belə əsaslandırırlar ki, bunu əhali istəyir. Doğrudur, bu gün küçəyə çıxıb insanlardan soruşsaq, əksəriyyət deyəcək ki, istəyirik”.

Qeyd edək ki, ölüm cəzasının bərpası təklifini Ədalət Partiyasını sədri, millət vəkili İlyas İsmayılov irəli sürüb. Onun bu təklifi ilk gündən müəyyən narazılıqla qarşılanıb.
İ.İsmayılov APA-ya müsahibəsində isə bildirib ki, o, bəzi boş-boş danışanlardan fərqli olaraq, təcrübəyə əsaslanan fikirlər söyləyə bilər: “Əlbəttə, həmişə həqiqət çoxluq tərəfində olmur. Sokratı da çoxluğun tələbi ilə öldürdülər. Sonra peşman oldular. Hesab edirəm ki, ölüm cəzasını ağırlaşdırıcı halda insan öldürməyə görə bərpa edək. Biz Avropa Şurasının ölüm cəzasının ləğvi şərtinə qol çəkib bu quruma daxil olduq. İndi də mənim fikrim həlledici bir fikir deyil. Dövlət ona gedə də bilməz. Ancaq bir mütəxəssis kimi mən bunu söyləyirəm. Hesab edirəm ki, siyasətdə kompromis ola bilər, ancaq elmdə kompromis olmamalıdır. Hesab edirəm ki, cəmiyyətin təhlükəsizliyinin qorunması, zərərçəkmişin maraqlarının təmin olunması baxımından adam öldürməyə görə ölüm cəzası saxlanmalı idi. Bəzi adamlar bunun əleyhinə gedib mətbuatda – boş-boş danışıblar. Biri mənim adıma, savadıma yaraşdırmır... Mən öz adımın da, savadımın da təəssübkeşi ola bilərəm, heç kim bundan narahat olmasın. Biri də deyir ki, İlyas İsmayılovun öz oğlu həbsdədir. Bunun da heç yeri deyildi. Korrektə olunmamış ifadədir. Onsuz da oğlumun heç bir cinayəti yoxdur. Artıq yavaş-yavaş qondarma cinayət işi də sökülür”. 






10 May, 2011  16:21 Baxılıb: 1097 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
8 Sentyabr, 2022  14:24






22 Avqust, 2022  15:20



22 Avqust, 2022  11:23

13 Avqust, 2022  13:57

11 Avqust, 2022  13:03




9 Avqust, 2022  13:01





2 Avqust, 2022  10:01


1 Avqust, 2022  13:43





27 İyul, 2022  13:07





28 İyun, 2022  10:23

21 İyun, 2022  11:52



7 İyun, 2022  10:00






23 May, 2022  14:04


20 May, 2022  10:17


16 May, 2022  14:23



2 May, 2022  11:38

sagbanner