Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

İqtisadi inkişaf naziri alman iş adamlarına çağırış etdi

“Azərbaycanda yaradılmış əlverişli investisiya mühitindən yararlanın”

İqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Almaniyada səfərdədir. 
Səfər çərçivəsində mayın 5-də Almaniyanın Berlin şəhərində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycanın Almaniyadakı Səfirliyinin təşkilatçılığı ilə Almaniya-Azərbaycan biznes forumu keçirilib.

Bu barədə Simsar.az saytına İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda deyilir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida sənayesi, enerji, maliyyə, logistika, turizm və digər sahələrdə fəaliyyət göstərən 250-ə yaxın iş adamı iştirak edib.



Biznes forumda çıxış edən İqtisadi inkişaf naziri Ş. Mustafayev qeyd edib ki, əvvəlki illərdə Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılmış möhkəm iqtisadi zəmin və hazırda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən genişmiqyaslı tədbirlər nəticəsində Azərbaycan ən dinamik inkişaf edən ölkələrdən birinə çevrilib.

Azərbaycan-Almaniya arasında əməkdaşlıq genişlənsin


Ölkə iqtisadiyyatının müxtəlif sahələrində qazanılmış nailiyyətlər barədə məlumat verən nazir həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə sahibkarlıq fəaliyyətinin genişləndiyini, əlverişli investisiya və biznes mühitinin yarandığını vurğulayıb. Azərbaycan və Almaniya arasındakı iqtisadi əlaqələr, alman şirkətlərinin ölkəmizdəki fəaliyyəti barədə məlumat verən Ş.Mustafayev biznes forum və işgüzar görüşlərin ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətini qeyd edib, alman iş adamlarını Azərbaycanda yaradılmış əlverişli investisiya mühitindən yararlanmağa çağırıb.


Almaniyalı nazir: “Ölkəniz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynayır”


Almaniya Federativ Respublikasının federal iqtisadiyyat və texnologiyalar naziri Rainer Brüder ölkəsinin Azərbaycanla əlaqələrinin genişlənməsində maraqlı olduğunu vurğulayıb. Bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu deyib. Almaniyalı nazir Azərbaycanın böyük karbohidrogen ehtiyatlarına malik olduğunu və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynadığını da diqqətə çatdırıb.

Tədbirdə AZPROMO-nun prezidenti Adil Məmmədov ölkəmizin biznes və investisiya imkanları, Azərbaycan investisiya şirkətinin icraçı direktoru Əfqan İsayev isə təmsil etdiyi qurumun fəaliyyəti, eləcə də alman investorlar üçün maraqlı ola biləcək əməkdaşlıq sahələri barədə təqdimatlarla çıxış ediblər.

Anlaşma Memorandumu imzalanıb


Alman-Azərbaycan İqtisadi Yardım Birliyinin (DAWF) icraçı direktoru Florian Şröder isə Almaniya və Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə məlumat verib. Biznes forum çərçivəsində İqtisadi İnkişaf Nazirliyi ilə Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında “Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupun yaradılmasına dair” Anlaşma Memorandumu imzalanıb.Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.

Almaniya Federativ Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Almaniyanın Federal İqtisadiyyat və Texnologiya naziri Rayner Brüder, “Deutsche” Bankının rəhbərliyi, Alman Sənaye və Ticarət Palataları Assosiasiyasının icraçı direktoru Martin Vansleben ilə görüşüb. Görüşlərdə Azərbaycan və Almaniya arasındakı ikitərəfli iqtisadi əlaqələr və əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Şahin Mustafayev azərbaycanlı tələbələrlə görüşüb


İqtisadi İnkişaf naziri Ş.Mustafayev səfər çərçivəsində Almaniyada təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb. Nazir Azərbaycan prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət, ölkəmizin əldə etdiyi nailiyyətlər barədə tələbələrə geniş məlumat verib, dövlət başçısının digər sahələrlə yanaşı, sosial sahələrə, xüsusilə təhsilə böyük diqqət göstərdiyini vurğulayıb, xaricdə təhsil alan tələbələrə bundan sonra da dövlət tərəfindən hərtərəfli qayğı göstəriləcəyini qeyd edib, tələbələrin suallarını cavablandırıb.

“Azərbaycana layiqli xidmət edəcəyik”



Tələbələr dövlətin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib və ictimai həyatın bütün sahələrində Azərbaycana layiqli xidmət etmək üçün təhsillərini yüksək səviyyədə davam etdirəcəklərini deyiblər.

Azərbaycan nümayəndə heyətinin Almaniyaya səfəri mayın 7-dək davam edəcək. Bu gün Münhen şəhərində Almaniya-Azərbaycan biznes forumu və Azərbaycan nümayəndə heyətinin bir sıra görüşləri keçiriləcək.


Simsar.az








7 May, 2011  16:15 Baxılıb: 1800 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner