Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azərbaycan komandası Türkiyəyə yola düşür

4-5 aprel 2015-ci il tarixdə İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş 33-cü beynəlxalq turnir keçiriləcək. Simsar.az xəbər verir ki, Ahmet Cömert Spor Salonunda baş tutacaq turnirdə yunan-Roma güləşi üzrə yığma komandamız da iştirak edəcək.

Turnirdə 9 pəhləvanımızın iştirakı gözlənilir. Məşqçilər korpusu qarşıdan gələn Avropa Oyunlarına hazırlıqları yoxlamaq məqsədilə bu dəfə Rövşən Bayramov, Orxan Əhmədov, Taleh Məmmədov, Murad Məmmədov, Elman Muxtarov (hamısı 59 kq), Rüstəm Əliyev (71 kq), Emin Əhmədov (80 kq), Şəhriyar Məmmədov (85 kq) və Saman Təhmasibiyə (98 kq) şans verəcək.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edəcək.

Turnirin proqramına əsasən, aprelin 4-də 59, 71, 80 və 98 kq, aprelin 5-də isə 66, 75, 85 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. İlk görüşlər Bakı vaxtı ilə, hər gün saat 15.00-da, final görüşləri isə 19:00-da başlayacaq.






1 Aprel, 2015  18:01 Baxılıb: 828 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner