Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

“yANAR SAAT”da “Bu Şəhərdə” - Gülüb Güldürdülər

20 saniyəlik səhnə üçün geyimə 500 manat xərcləyirik - “Bu Şəhərdə” uşaqları

“Yanar Saat”ın gülüş günündə studiyasının qonaqları “Bu Şəhərdə” kollektivi – Əməkdar Artistlər Coşqun Rəhimov, Rafael İsgəndərov vəə ssenari müəllifi Müşfiq Abbasov olub. Müşfiq Abbasov müğənnilərin toy qiymətindən danışıb: “5-10 minə toylara gedən müğənnilərimiz hamısı 20-30 manata toya getdiyi vaxtlar da olub. Bura Azərbaycandır, təəccüblənməyə ehtiyac yoxdur”. Parodiyalardan söz salan Coşqun Rəhimov Xalq Artisti İlhamə Quliyevadan danışıb: “Parodiyalarımızda İlhamə xanımın sözlərindən sitat gətiririk. Amma onu düşünürəm ki, Elçin Həmidovdan sonra kimsə o cür parodiya edə bilməz”.
Müşfiq Abbasov “Bu Şəhərdə”nin bostanlarına daş atanlara fürsətdən istifadə edib cavab da verdi: “Quyu”muzun suyu özündən, çox da dərindir”. “Bu Şəhərdə” kollektivi səhnə geyimlərinin qiymətinə də toxundular: “Olur ki, 20 saniyəlik səhnə üçün geyimə 500 manat xərcləyirik. Amma böyük problemimiz iri ölçülü qadın ayaqqabılarıdır. Ruhi bizə bir qutu bijuteriya verib, hələ nə qədər istifadə edə biləcəyik”. Aksessuarlar və geyimlərin adətən növbəti konsertdə istifadə etmədiklərini deyən üçlük bunun səbəbini belə izah edir: “Bizdə Rəşad İlyasov kimi “manyak” tamaşaçılar var, hər şeyi detallı yadda saxlayır”. Bu Şəhərdə kollektivi davamçılar yetişdirmək fikrində deyil. Səbəb də: “Davamçı nədir, davamçımız olmağını istəmirik. Özümüz də kiminsə davamçısı deyilik. Qoy hərənin ayrıca dəsti-xətii olsun” M.Abbasov konsert dəvətnamələrindən söz salaraq kimlərinsə ünvanına söz də atdı: “Konsert ərəfəsində nə qədər qohum-əqrəba varsa hamısı zəng edir. Bu da bizim dədə-babamızın obyekti deyil ki, buna pul veririk. Konsert ərəfəsində 90 əməkdaşla işləyirik, onlara da qonorar veririk. Müğənnilər var ki, iki dəvətnamə verirsən deyir ki, 6 ədəd də ver. Belələri çoxdur. Deyir tək deyiləm, mənim də uşaqlarım var”. İlə təxminən 20 konsert verən Bu Şəhərdə aktyorları toylardan imtina edib. Bu Şəhərdə kinoteatrdakı vəziyyətin öncəki illərlə müqayisədə dəyişdiyini deyir: “Kinoteatrlar hazırda keyfiyyətli sujet təqdim edirlər. Bir neçə illər öncə kinoteatrlara maraq zəif idi, amma zaman dəyişdi. Moll-lar yarandı. Bu gün ən azı ordan şəkil şəkib paylaşmaq, hamıdan birinci görmək, ən əsası da zövq almaq xatirinə kinoteatrlara axın var. Kinoteatrda tamaşaçının az olmasının əss bəlası prodüser və administratorun az olmasıdır”. Müşfiq Abbasov deyir ki, teatrlara marağın az olmasının əsas səbəblərindən biri də kökdən gələn tərbiyədir: “Bizim nənələr pensiya pulundan nəvələrinə pul yığır ki, bir otaqlı ev, toy qır-qızılı alsın. Amma rus nənələri belə deyil, körpə uşağı teatra, konsertə aparır”. Gülüş Günündə gülüş ustadlarının maraqlı komediyaları audio olaraq dinləyicilərə təqdim edildi. Qeyd edək ki, Coşqunla Rafael Stolüstü tenis üzrə bu il Avropa Olimpiya oyunlarının Ulduz səfirləridir.

 






1 Aprel, 2015  15:25 Baxılıb: 1291 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner