Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mehmanxanalarda qiymət artımı yoxdur - NAZİRLİK

"Hazırda Azərbaycanda manatın devalvasiyası ilə bağlı otellərdə və mehmanxanalarda qiymət artımı yoxdur".

Simsar.az-ın məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin müdiri Aydın İsmiyev bu gün keçirilən mətbuat konfransında deyib.

"Ola bilər, hansısa turizm obyektinə müraciət edən turistlərin sayı çoxdur və özəl müəssisə qiymətdə hər hansı dəyişiklik edə bilər. Amma bu o demək deyil ki, qiymət artımı bütün mehmanxanalara və otellərə şamil olunur", - deyə A. İsmiyev qeyd edib.

Şöbə müdiri əlavə edib ki, artım yalnız  "Getmə turizmi" sahəsində ola bilər: "Bunun da sadə səbəbi var ki, xaricdə otel sifariş edəndə bizim vətəndaşlar dollar və avro ilə hesablaşırlar. Azərbaycanda qiymət artımının olmaması sərfəli olduğundan turistlərin cəlb olunmasına səbəb ola bilər".






1 Aprel, 2015  14:41 Baxılıb: 816 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner