Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mikayıl Cabbarov prezidentlə görüşdü

Təhsil naziri Mikayıl Cabbarov Strasburq Universitetinin prezidenti Alen Beretzin rəhbərliyi ilə Fransa ali təhsil müəssisələrinin rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Təhsil Nazirliyindən Simsar.az-a verilən məlumata görə, qonaqları salamlayan təhsil naziri hər iki ölkənin dövlət başçıları arasındakı yüksək səviyyəli münasibətlərə uyğun olaraq günbəgün inkişaf edən Azərbaycan-Fransa əlaqələrində təhsil sahəsinin xüsusi rolunu nəzərə çatdırıb. Nazir ali təhsil müəssisələri arasında əlaqələrin daha da genişləndirilməsinin müsbət hal olduğunu bildirib, orta təhsil, tələbə və müəllim mübadiləsi istiqamətlərində mövcud olan səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Ötən ilin noyabrında Parisə səfəri çərçivəsində Strasburq Universitetinin prezidenti Alen Beretzlə görüşünü xatırladan təhsil naziri cari ilin fevral ayında Fransada keçirilmiş “Azərbaycan günü” tədbirinin əhəmiyyətinə də diqqət çəkib. Nazir Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafının vacib olduğunu söyləyib, ikili diplomların tanınması və elmi-tədqiqat sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyinə diqqət çəkib.

Strasburq Universitetinin prezidenti Alen Beretz belə görüşlərin Fransa-Azərbaycan təhsil əlaqələrinin inkişafı və birgə əməkdaşlığın daha səmərəli müstəviyə qədəm qoyması baxımından rolunu qeyd edib.

Ölkəmizin ali təhsil müəssisələri rəhbərlərinin də iştirak etdiyi görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1-3 aprel tarixlərində Azərbaycanda səfərdə olan nümayəndə heyəti bir sıra aparıcı ali təhsil müəssisələrində də olacaq və ikitərəfli təhsil əlaqələrinin inkişafına dair müzakirələr aparacaqlar.






1 Aprel, 2015  14:17 Baxılıb: 623 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner