Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Erməni əsgəri Andranik Qriqoryanın yeni videomüraciəti yayılıb - VİDEO

 

Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Kinostudiyası Azərbaycan tərəfə könüllü keçən Andranik Qriqoryanın video görüntüsünü yayıb. Simsar.az Nazirliyin saytına istinadən xəbər verir ki, görüntüdə A. Qriqoryan Azərbaycan tərəfinə keçməsinin səbəbləri barədə danışıb.

Mən, Andranik Araratoviç Qriqoryan 1991-ci ildə Martuni rayonunun Berdaşen kəndində anadan olmuşam.

2012-ci lin aprelində müqaviləli hərbi qulluqçu kimi xidmətə çağırılmışam.

2015-ci ilin martın 22-də Azərbaycan tərəfə keçmişəm.

Dağlıq Qarabağda özümü yaxşı hiss etmirdim.

Bizə yaxşı baxmırdılar, orda bizimlə pis rəftar edirdilər.

Mən bunun üçün Dağlıq Qarabağdan Azərbaycan tərəfinə keçdim.

Bütün hərbi qulluqçuları Azərbaycan tərəfə keçməyə çağırıram.

Ona görə ki, Azərbaycan Respublikasında hərbi qulluqçularla necə rəftar edildiyinin şahidi oldum.

Azərbaycanlılar müharibə istəmirlər, ancaq güclü müdafiə olunurlar.

Bizim rəhbərlər isə bizi aldadır, xalqı öz maraqları xatirinə ölümə göndərirlər.

Mən artıq mənasız savaşdan yorulmuşam, ölmək istəmirəm, mənasız müharibədən yorulmuşam.

Azərbaycan Respublikasında bizə yaxşı baxırlar, yaxşı qulluq edirlər, paltarımı, geyimimi, yeməyimi yaxşı verirlər.

Burada özümü çox yaxşı hiss edirəm.

Bütün silahları yerə qoymağa, əsgərlərin valideynlərini, analarını, bacılarını Azərbaycan Respublikasına keçməyə çağırıram.

Mənim Azərbaycan Respublikasına əsir keçməyimin yalnız bir səbəbi var – ölmək yox, yaşamaq və həyatımı davam etdirməkdir.






1 Aprel, 2015  14:10 Baxılıb: 896 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner