Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Rusiya və Azərbaycandan birgə LAYİHƏ

Rusiya Kinematoqrafçılar İttifaqının sədri, Rusiya Mədəniyyət Fondunun prezidenti, məşhur kinorejissor Nikita Mixalkov Bakıya səfərə gəlib. Martın 31-də sənətkar Nizami Kino Mərkəzinin mətbuat klubunda Azərbaycan kinematoqrafçıları ilə görüşdü və gənc rejissorlara ustad dərsləri keçdi

Kino təcrübəsindən söz açan Nikita Mixalkov qeyd etdi ki, kino kollektiv, ailəvi sənətdir. Çəkiliş meydançasında bir araya gələn rejissor, operator, aktyor və texniki işçilər əgər çəkiliş boyunca bir ailə kimi atmosferi qoruya bilmirlərsə, bu ailənin yaradacağı yeni körpəni, yəni filmi hamı eyni dərəcədə sevmirsə, bu zaman mütləq nəsə çatışmazlıq baş verəcək. Ona görə də kino sənətində, çəkiliş meydançasında həm mehriban, həm sevincli, həm də sərt və ciddi olmaq vacib şərtdir. Yalnız bu zaman gözəl sənət nümunəsi yarana bilər.
Rejissor həmçinin bildirdi ki, teatr səhnəsindən fərqli olaraq, aktyor üçün kinoda oynamaq daha çətindir. Çünki teatrda aktyor tamaşaçını hiss edə bilir, kinoda isə o təkdir. Məhz buna görə də çəkiliş zamanı bütün heyət aktyoru duymalı, onun oyununa həssas yanaşmalıdır: "Kinonu çəkmək çox çətindir. Yaxşı yaxud pis - fərq etməz. Buna görə də bütün heyət bir-birinin uğuruna sevinməli, məhəbbət və sevgi olmalıdır. Bunlar olmadısa, o film təbii alına bilməz. Bu isə çox çətin mərhələlərdən keçən bir prosesdir".

Simsar.Az






1 Aprel, 2015  13:40 Baxılıb: 774 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner