Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Türkiyənin hüquq-mühafizə sistemində problemlər var – Fazil Qəzənfəroğlu

“İki teroristlə bərabər prokurorun ölümünə səbəb olmaq qeyri peşəkarlıqdır”.

Bunu Simsar.az-a Böyük Qurtuluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu İstanbulun Çağlayan məhəlləsində yerləşən Ədliyyə Sarayına daxil olan iki terrorçunun 14 yaşlı Berkin Əlvanın öldürülməsi ilə bağlı cinayət işinin istintaqını aparan prokuror Mehmet Səlim Kirazı girov götürülməsi məsələsinə münaibət bildirərkən deyib.

Partiya sədrinin sözlərinə görə, Türkiyə hüquq-mühafizə orqanları prokurorunun xilas edilməsi prosesini yubada bilərdilər: “Mehmet Səlim Kirazı sağ və xəsarətsiz xilas etmək üçün qaz bonbalarından istifadə etmək mümün olardı. Bu olduqca düşündürücü məsələdir”.

“Ədliyyə binası ciddi mühafizə olunur. Amma bu cür binaya daxil olmaq müəyyən suallar doğurur. Görürnür Türkiyənin hüquq-mühafizə sistemində müəyyən problemlər var”. - deyə, deputat bildirib.

F.Qəzənfəroğlu həmçinin son günlər Türkiyə və İran arasında yaranmış gərginliyin “prokuror” əməliyyatına səbəb olmasına dair yaranmış suallara da aydınlıq gətirib: “İranın tez bir zamanda Türkiyəyə təsir edəcəyi inandırıcı görünmür. İranın belə bir addım atacağını düşünmürəm. Bu Türkiyənin daxilində nəzarətin zəif olması ilə bağlı olan məsələdir”

Bildirək ki, Berkin Əlvan Gəzi hadisələri zamanı İstanbulda polislərin atdığı qaz bombasının kapsulunun başına dəyməsi nəticəsində ağır yaralanıb və bir müddətdən sonra dünyasını dəyişib.

Hüseyn İbadlı






1 Aprel, 2015  13:28 Baxılıb: 948 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner