Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Bundan sonra "Ebola" virusu 15 dəqiqəyə bilinəcək

Yaponiyanın "Denka Seiken" şirkəti və Hokkaydo Universitetinin alimləri tərəfindən hazırlanmış yeni preparat “Ebola” virusunu 15 dəqiqəyə aşkarlayır.

Simsar.az-ın “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu preparat şirkətin qriplə bağlı başqa bir məhsulunun əsasında hazırlanıb. Preparatda olan diaqnostik qurğu ovcun içinə yerləşir, asanlıqla daşına bilir və elektrik enerjisi tələb etmir.

Hokkaydo Universitetinin Zoonoz İnfeksiyaların Tədqiqatı Mərkəzinin alimləri “Ebola” virusuna yoluxmuş meymunların qan zərdabı üzərində sözügedən preparatı uğurla sınaqdan keçiriblər. Yaxın günlərdə həmin preparat insan qanının zərdabı üzərində də yoxlanılacaq. Alimlər hesab edir ki, xəstəliyin tez aşkarlanması virusun yayılmasının qarşısını ala bilər.

Professor Ayato Takadu “Kiodo” agentliyinə bildirib ki, yeni preparatın geniş tətbiqinə mümkün qədər tez başlamaq üçün araşdırmalar davam etdirilir.






1 Aprel, 2015  12:53 Baxılıb: 927 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner