Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Cəlilabadda sürüşmə baş verib - FOTO

Son günlər Azərbaycanın cənub bölgəsinə yağan güclü yağıntılar Cəlilabad rayonunda torpaq sürüşmələrinə səbəb olub.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad -Sadatlı avtomobil yolunda qeydə alınıb. Sürüşmə nəticəsində  yolda dərinliyi yarım metrə çatan çatlar əmələ gəlib. Ən təhlükəli vəziyyət isə yolun rayonun Qamışlıgöl və Sadatlı kəndlərini birləşdirən  hissəsində yaranıb.  Ona yaxın kəndin əhalisinin mütəmadi istifadə etdikləri avtomobil yolunun  müxtəlif  hissəsində  baş verən sürüşmə asfalt qatının aralanmasına səbəb olub. Yerli sakinlərin sözlərinə görə, bir neçə gün öncə yağan yağışdan sonra burada sürüşmə daha da aktivləşib.

Yolun sürüşmə nəticəsində  çökməsi  dünəndən kəndlərin rayon mərkəzi ilə əlaqəsini məhdudlaşdırıb.

Sürüşmə zonasında yerləşən bəzi evlərin və yardımçı tiklilərin  divarlarında  iri çatlar yaranıb. Sürüşmənin  belə sürətlə davam etməsi  tədricən ətraf ərazilərdə iri torpaq qatının uçmasına da  gətirib çıxara bilər.

Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasının sədri Asif Əzizov bildirib ki, əraziyə baxış keçirilməsi üçün  mütəxəssislər dəvət olunub. Sürüşmə zonasındakı aktivlik yoxlanıldıqdan sonra  yolun çökmüş hissəsində  bərpa işləri aparılacaq.






1 Aprel, 2015  12:26 Baxılıb: 758 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner