Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda falçını öldürənin həbsi ilə bağlı RƏSMİ MƏLUMAT

Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu Bakıda falçını qətlə yetirən şəxsin tutulması  ilə bağlı məlumat yayıb.

Bakı Şəhər Prokurorluğundan Simsar.az-a daxil olan birgə məlumatda qeyd edilir ki, martın 14-də saat 12 radələrində Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Tahir Talıbovun paytaxtın Səbail rayonunda kirayədə yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Bu barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Məhəbbət Cahangirov martın 31-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaqla T.Talıbovun martın 14-də şəxsi münasibətlər  zəminində aralarında yaranmış mübahisə zamanı tanışı M.Cahangirov tərəfindən bıçaqla çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürüldüyü müəyyən edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

 






1 Aprel, 2015  11:45 Baxılıb: 956 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner