Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edir

Aprelin 21-22 tarixlərində Bakıda Heydər Əliyev Mərkəzində “Azərbaycan-Türkiyə qardaşlığı: Çanaqqala 100” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov məlumat verib.

Y. Mahmudov bildirib ki, konfransda Türkiyədən Atatürk Araşdırma Mərkəzinin başqanı Mehmet Arif Beyhanın başçılığı etdiyi alimlər iştirak edəcək: ““Azərbaycan-Türkiyə qardaşlığı: Çanaqqala 100” beynəlxalq konfransı Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq. Konfransda azərbaycanlı və türkiyəli alimlər məruzə ilə çıxış edəcək. Artıq Türkiyədən qonaqlarımızı dəvət etmişik. Biz tədqiqatçılar heyətindən əlavə, Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatiya Akademiyası, Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət Pedaqoji Universitetində tarix təhsili alan tələbələri də konfransa toplamağı qarşımıza məqsəd qoymuşuq. Düşünürəm ki, bu konfrans geniş əks-səda doğuracaq. Konfransda çoxsaylı sənədlər təqdim olunacaq. Biz bu konfransa son dərəcə geniş hazırlıq işləri aparırıq”.






1 Aprel, 2015  11:18 Baxılıb: 1000 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner