Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Xəzər və Qara dəniz birləşdirilir?

"Dünya Bankı Azərbaycan və Gürcüstan arasında olan nəqliyyat əlaqələrini daha da yaxşılaşdırmaq üçün investisiyaların yatırılması üzərində çox işləyir. Bu sahə bizim əsas prioritetlərimizdən biridir".

Bu sözləri APA-nın Gürcüstan müxbirinə açıqlamasında Dünya Bankının (DB) Cənubi Qafqaz ölkələri üzrə rəsmi nümayəndəsi Əhməd Eyveyda bildirib.

"Bu, Xəzər dənizi ilə Qara dəniz arasında əlaqə yaradacaq. Buna görə də Bakıdan başlayaraq Gəncə və Tiflis də daxil olmaqla, Qara dənizə qədər ərazilərdən keçəcək avtomobil yollarını yüksək səviyyədə reabilitasiya edəcəyik. Artıq bu layihənin həyata keçirilməsinə başlanılıb. Layihə üçün 1 milyard dollardan çox investisiya yatırmışıq. Bildirim ki, bu investisiyaya dəniz nəqliyyatı və dəmiryolu xətti, avtomobillərin hərəkət etdiyi magistral yollar daxildir. Biz elə edəcəyik ki, bu yollar yüksək keyfiyyətli olsun və hamı rahat yollardan istifadə etsin", - deyə Ə. Eyveyda qeyd edib.

Onun sözlərinə görə, DB Azərbaycanın bölgələrdəki yollarını da bərpa edəcək: "Bu layihə Xəzər dənizinin cənub bölgəsinə aiddir. Adıçəkilən bölgədəki bu yolları da yüksək keyfiyyətlə bərpa etdikdən sonra  bu yollar magistral yola birləşdirəcək".

Bakıdakı dəniz limanının Ələt limanına köçürüləcəyini xatırladan Ə. Eyveyda əlavə edib ki, burada yüksək standartlara cavab verən logistika sahəsinə xidmət edəcək dəniz limanı tikiləcək.






1 Aprel, 2015  11:09 Baxılıb: 890 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner