Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Falçını qətlə yetirən şəxsin kimliyi bilinib

Bakıda falçını öldürən şəxsin adı məlum olub.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, martın 14-də İçərişəhər ərazisində 1970-ci il təvəllüdlü Tahir Talıbovu qətlə yetirən Goranboy rayonu Dəliməmmədli qəsəbə sakini, 1987-ci il təvəllüdlü Məhəbbət Vilayət oğlu Cahangirov yaşadığı rayonda tutularaq Bakıya gətirilib.

M. Cahangirov ilkin ifadəsində  qətl hadisəsini ona yazdığı duaya görə  və həmin duanın onun həyatına mənfi təsir etdiyinə görə etdiyini  bildirilib.

Polisdən M. Cahangirovun “Azəriqaz” İstehsalat Birliyinin Goranboy rayon şöbəsinin hüquqşünası olduğu bildirilib.

Qeyd edək ki, martın 14-də İçərişəhər ərazisində, Firdovsi küçəsi 5 ünvanında T. Talıbovun üzərində çoxsaylı xəsarətləri olan meyiti tapılıb.

Polisdən T. Talıbov qətlə yetirildiyi ünvanda  falçılıqla məşğul olduğu bildirilib.






1 Aprel, 2015  10:19 Baxılıb: 898 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner