Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Derek Hoqan Azərbaycandakı hakimlərin ədalət təminatından DANIŞDI

“Daim dinamikada olan qanunvericilik sistemi həm amerikalı, həm də azərbaycanlı mütəxəssislərindən inkişaf tələb edir”.

Simsar.az-ın məlumatına görə, bunu Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan Azərbaycan hakimləri üçün “ABŞ Cinayət Məhkəməsi Sistemi” mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə görə, ABŞ konstitusiyasının yaradılmasından 200 il keçsə də, hüquq ekspertləri və yerli vətəndaşlar onu təkmilləşən sənəd hesab edirlər: “Birləşmiş Ştatlarda, eləcə də qanunun aliliyi hökm sürən digər hər hansı ölkədə konstitusiya və müəyyən qanunlar daim yeni reallıqlara uyğunlaşdırılır, yeni qanunlar tətbiq olunur. Məhz buna görə hakimlər və hüquqşünaslar ədalətin təmin olunması naminə hər zaman hüquq sahəsindəki dəyişikliklər barədə agah olmalıdırlar. Bundan əlavə müxtəlif hüquq sistemlərinin təmsilçiləri arasında təcrübənin və fikirlərin paylaşması da hüquqi təhsili zənginləşdirir”.

D. Hoqan bildirib ki, yüksən təhsilə malik hakim daha müstəqildir: “Müstəqil hakimlərin mövcudluğu öz növbəsində vətəndaşların hüquqlarına zəmanət verən qanunun aliliyini dəstəkləyir. Müstəqil məhkəmə sisteminin konstitusiyanın əsas amili olan dövlətdə vətəndaşlar hər hansı qrup və ya şəxsi zəmində deyil, məhz qanun zəminində mühakimə olunurlar. Birləşmiş Ştatlar ümid edir ki, bu seminar dövlətlərimiz arasında olan davamlı mübadilələrin ilk tədbiri olacaq”.






31 Mart, 2015  17:51 Baxılıb: 883 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner