Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Efirdə səviyyəsiz mahnılar səsləndirilir, amma uşaq musiqisinə yer verilmir” – BƏSTƏKAR - MÜZAKİRƏ

Uşaq mahnıları dedikdə nədənsə on illiklər öncə yazılan “Cücələrim”, “Kuklam” kimi ifalar yada düşür. Bəs son 10, 20 ildə nələr yazıldı?, Cavabı bir az qəlizdir. Bəstəkarlar deyir ki, bizim işimiz yazmaqdır, onu da edirik. Deməli mahnılar bəstələnir... Bəs problem nədir? Ekspertlərlə elə bunu müzakirə etdik.

Xalq artisti, bəstəkar Elnarə Dadaşova uşaq mahnılarının az yazılmasının səbəbini vəsait çatışmazlığı ilə izah edir: “Keyfiyyətli iş ərsəyə gətirmək üçün gərək ki, yetərli vəsaitin ola. Səbəb budur, yazdığımız mahnını sata bilmirik. Alıcılıq qabiliyyəti aşağıdır”.

Uşaq mahnılarının təbliğatının da zəif olduğunu vurğulayan bəstəkar prosesin davamlı olmasının vacibliyindən danışır: “Az da olsa yazılır, təbliğatı üçün müəyyən işlər görülür. Amma bu da yetərli deyil. Müəyyən tədbirlər təşkil etməklə işi yekunlaşdırmaq olmaz”.

Bu istiqamətdə görülən işlərin formallığından söz açan E.Dadaşova vurğulayır məhz bu səbəbdən hansısa nəticə əldə edilmir. Bir sözlə, köhnə hamam, köhnə tas.

E.Dadaşova klassik uşaq mahnılarının da bu günün efirində səsləndirilməməsindən gileylidir: “Bu istiqamətdə material əldə etmək çətindir. Kitabxanaya müraciət etdikdə problemlə üzləşirsən. Yazılan elə mahnılar var ki, illərlə arxivdə qalıb. Efirdə o qədər bayağı, nimdar, səviyyəsiz mahnılar səsləndirildiyi halda uşaq mahnılarına yer verilmir. Hətta bu tip mahnılara yayım vaxtı ayrılmırsa, bizim yazdığımızı kim verəcək?”.


Əməkdar incəsənət xadimi Oqtay Zülfüqarov uşaq mahnılarının az yazılmasının səbəbindən danışır: “Uşaq mahnısı yazmaq üçün ilk növbədə körpələri sevməlisən. Bir var uşaq mahnısı onun öz dilindən oxunur, mən beləyəm, mən eləyəm, bir də var ki, böyüklər uşaq üçün oxuyurlar. Təəssüf ki, böyüklərin dilindən oxunan mahnılar daha çox yazılır ki bu da bir çox hallarda uşaqlar tərəfindən qəbul edilmir”.

Uşaqların Naqquli kimi gözəl uşaq oyunlarından belə xəbərsiz olduğunu deyən Oqtay Zülfüqarov Sovet dövrü ilə müqayisədə balacalara qayğının azaldığını deyir. Bəstəkar hələ Sovet dövründə AzTV-nin 40 saatını onlara həsr etdiyini deyir.

“ElS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri, uşaq mahnıları ilə bağlı araşdırmalar aparan İradə Yaqubova da mövzuya münasibətini bildirib. O, bu istiqamətdə axsamanın səbəbini radio-televiziya ilə əlaqələndirib: “Uşaq mahnıları yazılır, istənilən qədər. Sadəcə az səsləndirilir. Problem də budur, təbliğat yoxdur. Təbliğat olmadıqda isə necə xəbər tutmaq olar ki, uşaq mahnıları yazılır ya yox. Əsas təbliğat vasitəsi radio-televiziyadır ki, o da bu işdə aktiv mövqe nümayiş etdirmir. AzTv və İTV istisnadır. Radio və Televiziyada proqram tərtib edildikdə reytinq gətirmədiyi üçün uşaq proqramlarına yer ayrılmır. Bu zaman onlar üçünb yazılan mahnılar harada səslənəcək? Heç yerdə. Səhər yeddidən gecə 12-ədək ancaq böyük mahnıları səsləndirilir. Belədə də onlar ancaq estrada müğənnilərinin ifaları ilə tanış olub, onları zümzümə edəcəklər. Amma biz bacardığımız qədər internet portalda təbliğat aparırıq”.

İ.Yaqubova qeyd edir ki, bu gün də “Cücələrim” kimi ifalar var, sadəcə təbliğat olmadığından görülən işlər gözə görünmür:“Cücələrim” kimi mahnı yazılmır, deməzdim. Nə yaxşı ki, vaxti ilə elə bəstə olub, nəsillərdən nəsillərə ötürülüb. Bilirsiz niyə? Çünki təbliğat var idi o zaman. Bu gün də belə gözəl ifalar var, təəssüf ki, təbliğatı yoxdur. Bu mahnılar ifa edilməsə necə tanınacaq? Radio, televiziya da bu təbliğat işində öhdəsinə düşəni etməlidir. Uşaq öz mahnısını ifa etməlidir. Mənasını dərk etmədiyi, yaşamadığı bir mövzularda ifa etməli deyil”. Uşaq mahnıları yazmaq üçün yetərli sayda bəstəkarın olduğunu deyən E.Dadaşova onların işinin işqlandrılmamamsından gileylidir. Uşaq mahnıları bəstələyən C.Zülfüqarov isə deyir ki, bu gün uşaq mahnıları gəlirli sahə olmadığı üçün bəstələr azdır:


“Uşaqlarla işləmək çox çətindir, nəinki böyüklər üçün. Bu gün böyüklər üçün nə qədər desən bayağı mahnı var. Elə mahnılar çox yaşamırlar, peşəkar bəstələr isə qalır, yaşayır. Təəsüf ki, bəstəkarlarımız azdır, sırf uşaq mahnıları yazan. Mən də uşaqlar üçün yazıram, amma onu böyüklər oxuyur. Fərq budur. Uşaq mahnıları üçün müsabiqələr də keçirilib.  Hamı istəyir ki, heç nə etmədən pul qazansın, ciddi iş görməsin. Problem də budur. Çünki uşaq mahnılarından pul çıxmır, kimsə də belə ciddi işə imza atmaq istəmir. Bir gün yaşaya biləcək mahnı bəstələyib satır, pulunu qazanır”.

Nigar Məhərrəm






31 Mart, 2015  17:46 Baxılıb: 1441 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner