Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Türkiyədə terrorçular prokuroru girov götürdü - FOTOLAR - YENİLƏNİB

Berkin Elvanın ölümünə dair istintaqı aparan prokuror Mehmet Səlimin xidməti otağında günorta saatlarında qeyri-qanuni sol təşkilat tərəfindən girov götürülməsinin ardından, xüsusi təyinatlılar Çağlayan Ədliyyəsinə gəlib.

Simsar.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, xüsusi təyinatllılardan sonra bir qrup xüsusi təlim keçmiş polis ədliyyə binasını nəzarətə götürüblər. Qrupların hər cür təhdidə qarşı hazır olduğu məlum olub.

 

Prokurorun otağının kiçik olması səbəbindən həyata keçiriləcək əməliyyatın müsbət nəticə verməyəcəyi ehtimalı olarsa, təhlükəsizlik qrupları danışıq yolu ilə prosesi yekunlaşdırmağı nəzərdə tutur.

 

*** 16:40

Türkiyədə Gezi parkı olayları zamanı polisin atdığı gözyaşardıcı qaz kapsulunun başına dəyməsi səbəbindən dünyasının dəyişən Berkin Elvanın işinə baxan prokuror terrorçular tərəfindən girov götürülüb.

Simsar.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çağlayandakı ofisində DHKP-C tərəfindən girov götürülən prokuroru xilas etmək üçün təhlükəsizlik qüvvələri içəri daxil olmaq istəsə də terrorçular silahdan 2 dəfə atəş açıblar.

Terrorçular yerli vaxtla saat 15:36-ya kimi 5 tələblərinin yerinə yetirilməsi üçün vaxt veriblər.

Hazırda prokuror Mehmet Selim Kirazın ofisinin yerləşdiyi binanın giriş və çıxışı polislər tərəfindən əhatəyə alınıb.

Hüseyn İbadlı






31 Mart, 2015  17:10 Baxılıb: 2054 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner