Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Hüquq müdafiəçisindən Azərbaycana keçən erməni ilə bağlı MÜRACİƏT

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov könüllü olaraq Azərbaycana təslim olmuş erməni hərbçi Andranik Araratoviç Qriqoryanla bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, ötən gün görüş zamanı  A. Qriqoryan xidmət etdiyi  hərbi hissənin bölük komandiri, kapitan Suren Balayan və bölüyün baş giziri Artur Salmanyan tərəfindən özünün və digər əsgərlərin mütəmadi olaraq döyüldüyünü deyib: “Biz də bununla bağlı Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə Qarşı Komitəsinə və Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsinə müraciət etdik”.

Qeyd edək ki, ötən gün E. Behbudov və müavini E. Şirinov A. Qriqoryanla görüşüblər. A. Qriqoryan  könüllü olaraq Azərbaycan tərəfinə keçdiyini deyib. Bildirib ki, Azərbaycanda ona münasibət çox yaxşıdır.

Xatırladaq ki, martın 22-də günorta saatlarında 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.






31 Mart, 2015  16:20 Baxılıb: 1005 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner