Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Sənin səngərin, sənin alınmaz qalandır – İŞ ADAMLARI ÖN CƏBHƏDƏ - VİDEO

Vətən haradan başlanır? Vətən, torpaq sevgisi necə yaranır? Bu kimi sualları daim öz-özünə ünvanlayan vətən oğulları Novruz bayramı ərəfəsində cəbhənin ön xəttində xidmət edən, vətəni göz-bəbəyi kimi qoruyan cəsur Azərbaycan əsgərinin gözünü yolda qoymadılar.

Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin komandiri, Milli Qəhrəman general-leytenant Rövşən Əkbərovun icazəsi ilə iş adamları Viləş Əhədov, Anar  Mirzəmmədov, Gəray Quliyev və Ukrayna Azərbaycanlıları Konqresinin sədr müavini İsa Əliyev martın 23-də ordunun Tovuz rayonunda yerləşən movqelərində vətənin keşiyini çəkən zabit və əsgər heyəti ilə görüşüblər.

Hərbçilərin bayramını təbrik edən Ukrayna Azərbaycanlıları Konqresinin sədr müavini İsa Əliyev bildirib ki, vətənin keşiyində dayanan, düşmən gülləsi qarşıs;nda sinə gərən vətən oğullarını, yalnız dövlət rəsmiləri, millət vəkilləri deyil, eləcə də sıravi Azərbaycan vətəndaşları da yad etməlidirlər: “Dövlət rəsmilərinin və ya millət vəkillərinin əsgərləri ziyarət etməsi hər zaman olur. Amma əsgərin gözü, onun qoruduğu sıravi vətəndaşların yollarına dikilib. Çünki rəsmilərin deyil, sadə vətəndaşların diqqət və qayğısı əsgərdə böyük ruh yüksəkliyi yaradır. Bizim bu görüşümüz ənənəvi hal almalıdır. Mütəmadi olaraq vətəndaşlar, ölkədə və xaricdə  yaşayan iş adamları Azərbaycan əsgərini yad etməlidir. Orduyla cəmiyyət arasında uçmuş körpülər bərpa olunmalıdır”.

Söhbət zamanı əsgərlərdə böyük ruh yüksəkliyinin şahidi olduq. Əsgər və zabitlərin sözlərinə görə, bundan öncə mövqe üstünlüyü Ermənistan tərəfində olub. Amma son islahatlardan sonra, bu üstünlük Azərbaycan tərəfindədir. Atılan hər atəşə on dəfə artıq cavab verilir. Ordu hər zaman işğal altında olan torpaqların azad olunması üçün əmr gözləyir.

Qeyd edək ki, son bir ildə Müdafiə Nazirliyi sistemində aparılan islahatlar nəticəsində bütün hərbi birləşmələrdə, xüsusilə, cəbhənin ön xəttində yerləşən hərbi hissələrin texniki təchizat və maddi təminat bazası gücləndirlib. Əsgərlərin döyüş qabiliyyəti artırılıb.

Hüseyn İbadlı

 


Is Adamlari On Cebhede 23.03.2015 by ibstmusic

 

 

 






31 Mart, 2015  14:15 Baxılıb: 3837 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner