Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Müasir kinematoqrafa “pensioner” göstəriş verə bilməz” – MÜSAHİBƏ

“Qan dəyişilmir, biz azərbaycanlıyıq, hansısa şit hadisə varsa, bu bizə toxunacaq”

Aktyorluq fakültəsini bitirməsə də, çox istedadlıdır. Və bu istedad onu Türkiyədə çəkilən “Tərkedilmişlər” filminə apardı, ən uğurlu imzalardan birini atdı. Necə? Daha ətraflı onunla söhbətimizdə öyrənəcəksiz. Həmsöhbətimiz “Aramızda Qalsın”, “Qanun Naminə”nin sevilən siması aktrisa Könül Nağıyevadır

 

-    Aktyorluq fakültəsini bitirməmisiz. Bəs necə oldu ki, bu sənətə gəldiz?

-    Aktyor təhsilim yoxdur. Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati İdarəetmə” fakültəsini bitirmişəm. Uşaqlıqdan hər zaman kameraya böyük məhəbbətim olub. Amma hələ o zamanlar aktrisa olacağımı ağlıma belə gətirməzdim. Dörd il Moskvada yaşadığım müddətdə Ümumrusiya Azərbaycanlılar Konqresində çalışdım. Hələ orda ikən aktyorluq kurslarına gedirdim. Baxırdım ki, hansı kurslarda tanınmış simalar var, ora yazılırdım. Bəzən müəllimlərim deyirdi ki, bu qədər kursa gəlirsən, nə üçün filmlərə çəkilmirsən. Deyirdim ki, özüm üçün edirəm, maraqlıdır. Çünki aktrisa olacağıma inanmırdım.
Qismət belə imiş, 3-4 il əvvəl İctimai Televiziyada “Şou Nömrə Bir” rəqs şou proqramına qatılmışdım. O zaman istedadımdan xəbərdar olan Kamilə Babayeva dedi ki, Xəzər Televiziyasında yayımlanan “Aramızda Qalsın” serialına aktyor lazımdır, get özünü sına. Beləcə kino-serial məkanına addımladım. Daha sonra “Məhkumlar”, “Qanun naminə”dən dəvət aldım. Aktyor kimi özümü sınamazdan öncə uzun illərimi jurnalistikaya həsr etmişdim.

-    Bu master klaslardan nələr öyrənmisiz?

-    Orda çox şeylər öyrəndim. Kamera ilə ünsiyyəti mənimsədim. Bugünki aktyorların əsas problemi kamera ilə ünsiyyəti bacarmamalarıdır. Çünki onların böyük qismi teatrdan gəlirlər, bu səbəbdən də kameranı hiss etmirlər. Master-klaslarda kiçik çərçivələrin içinə daxil olub müxtəlif hərəkətlər edirdik. Şərtlər bu idi ki, nə əlimiz, nə ayağımız, barmağımızın ucu belə çərçivədən kənara çıxmamalıdır. Bu da bizə kamera ilə ünsiyyəti öyrədirdi.

- İxtisasınızı davam etdirməyi necə, düşünürsüz?

-    Əslində, ixtisasım üzrə çalışmağı düşünməmişəm. Belə bir ixtisası valideynlərimin arzusu ilə seçmişəm. Hələ o zaman, universitetə qəbul olarkən, 16 yaşımda 106 FM radiosunda kastinqdən keçdim. Öncə redaktor, daha sonra isə aparıcı kimi çalışdım. Televiziyada ilk verlişim “Ruskie zvyozdı” idi. Radioda isə iki verlişin aparıcısı idim, Fərid Dadaşovla “Sabohun xeyir”, və “İdeal”. Televiziya fəaliyyətindən sonra Rusiyada, ixtisasıma uyğun işdə çalışdım. Sosialistəm. Mənim üçün nə iş görməyin fərqi yoxdur. Önəmli olan odur ki, nə iş görməyimdən asılı olmayaraq, yaxşı bacarım.

-    90-cı illərdə kino sahəsində böyük durğunluq yarandı. Sizcə, kinomuzda böyük geriləmənin səbəbi nədir?

-    İstənilən sənətin ölkənin siyasi-iqtisadi həyatında böyük tutumu var. Hazırda sənət adından böyük layihələrə addım atırıq. Bütün bu uğurlu işlərin sayəsində Azərbaycana gəlmək artıq dəb halını alıb. Turizmin inkişafı əlbəttə, ölkə büdcəsi, onun iqtisadiyyatına da təsir edir. Azərbaycanın xaricdə tanınması üçün biz də əlimizdən gələni edirik. Ötən ilin ikinci yarısından sənətdə bir sıra uğurlu addımlara imza atıldı. Kino nisbətən zəif inkişaf etsə də, dirçəliş var. İnanıram ki, növbəti iki-üç ildə Azərbaycan istehsalı olan bir neçə fimlər dünyada tanınacaq. Böyük bir zərbədən, müharibədən sonra ölkə inkişaf etməyə başladı. Sovet dövründə kinomatoqrafiya inkişaf edirdi, sakitçilik idi. SSRİ çökəndən sonra 15 ölkənin hər birində azadlıq, müstəqillik istəyi özünü göstərdi. Bu illər Azərbaycan üçün də asan keçiləsi yol olmadı. Bir müddət sonra dövlət bu istiqamətdə addımlar atmağa başladı. Kino sahəsindəki problemləri həll etmək üçün bir-iki, üç il belə kifayət etmirdi. Ölkənin tanınması üçün incəsənət ən gözəl vasitədir.

Nə qədər yüksəklikdə olsan, yerə çırpıldıqda bir o qədər ağır zərbə alarsan

-    Nöqsanlar nədən ibarətdir?

-    Sənət varsa nöqsan da var. Sənətdə ən böyük nöqsan, istəyir rəssam, istəyir, aktyor olsun fərq etməz, əsas insanın eqosudur. İnsan özündə istedad hiss edib auditoriyanın sevgisindən göylərə uçmağa başlayır, ən  böyük problem də budur. Nə qədər yüksəklikdə çox olsan yerə çırpıldıqda bir o qədər də zərbə alarsan. Kim olmağından asılı olmayaraq çalışmalısan ki, eqon səni boğmasın. Başqa problemlər də var, təhsil, texniki tərəflər və s.

-    Təhsillə bağlı hansı işlər görülməlidir?


-    Məktəblər olmalıdır, elə məktəblər ki, insanlar bura inamla gəlsinlər. Tanınmış rejissorlar, aktyorların burda dərs keçməsini istəyərdim. Minlərlə adam var ki, aktyor, sənətçi olmaq istəyir. Onlara düzgün yol göstərmək lazımdır. 16 yaşım olsaydı, təhsil almaq üçün İncəsənət Universitetini seçməzdim. Çünki mənə lazım olan təhsili almayacaqdım.

-    Mədəniyyət və Turizm Nazirliyi hansı işləri görməlidir?

-    Hardasa bir az axsayanda problemi dövlətdə axtarırıq. Dövlət nə lazımdırsa edir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kino-seriallara pullar ayrılır, müsabiqələr keçirilir, lazımi işlər görülür. Problem sadəcə insanlardadır. Nazirlik hansısa filmə 1 milyon ayırdıqda bu pulu alan insanların çoxu məbləğin bir hissəsini filmə xərcləyir. Heç kəs demir ki, pul qazanmayaq. Mən də pul qazanmaq istəyirəm. Amma öncə iş ortaya qoyub imza atmaq lazımdır. Normal iş ortaya çıxardınsa, hər zaman pulun olacaq. Sənə 1 milyon vəsait ayırıram, sən isə mənə 300 minlik məhsul təqdim edirsən. İndiki dövrdə hansı aktyor 50 manata çəkilər ki? Kiminsə ehtiyacı varsa o zaman çəkilər. Bir aktrisa kimi pul yeyənlərin təklifini rədd edirəm. Sənət üçün nəsə edib, sonra irəli getmək istəyən uğur qazana biləcək. Dövlət, nazirlik üzərinə düşən öhdəliyin 70 faizini yerinə yetirib. Qalan 30 faiz də kadr çatışmazlığıdır. Yəni müasir kinemotoqrafa “pensioner” göstəriş verə bilməz. Beynəlxalq təcrübəsi, insanlarla normal ünsiyyəti olan, analitik düşüncəli yeni kadrlar lazımdır. Xaricdə xüsusən bu işə yardım edən biznemenlər var, heç adlarının belə çəkilməsini istəmirlər.

Çəkiliş meydançası cəhənnəmdir, əziyyətdir

-    Çəkiliş meydançasının ab-havası maraqlıdır...

-    Çəkiliş meydançası cəhənnəmdir, əziyyətdir. Sən qarda, yağışda, gecə-gündüz durmadan işləyə bilərsən, enerjin tükənər, dərin xarab ola da bilər. Hələ geyimi demirəm. Ya ayaqyalın qaçırsan, ya yüngül geyimdə olursan. Çox şeylər ola bilər. Elə aktyorlar var ki, ehtiyacdan deyilən məbləğə razılaşırlar. Amma çox gülməli məbləğ səslənməməlidir, bu aktyora ən böyük hörmətsizlikdir. Çəkiliş gününə 50 manat deyirlər, razılaşmayanda da səni yekəxana bilirlər. “Qanun naminə” çox seriyalı bədii filmdə hər dəfə ayrı xarakter yaratmışam.  Bu asan iş deyil. Bu xarakterləri yaşamaq lazımdır, bunu nə 10, nə də ki, 50 manata yaşamaq mümkün deyil. Mən nə “bahaçı”yam nə də yekəxana, heç al-verlə də məşğul deyiləm. Sadəcə kino bazarındakı qiymətlərlə tanışam, nəyin necə olduğunu yaxşı bilirəm.

Qan dəyişilmir, hansısa şit hadisə varsa bu bizə toxunacaq


-    “Xoxan”, “My Name İs İntiqam” filmləri kinoteatrlarda rekord qırır. Amma bu tip filmləri qınayanlar da az deyil. Sizin yanaşma tərziniz necədir?


-    Biri var sənət, biri də var kommersiya. “Xoxan”, “My Name is İntiqam” kommersiya xarakterlidir. Rusiya, Amerikada “prokat”ı darmadağın edən kommersiya xarakterli komediya filmləridir. İnsanlar artıq ağlamaq istəmir, gülmək istəyir. Elməddinlə Fərdanın zarafatları kiməsə şit gələ bilər, əsas odur ki, insanları güldürürlər. Biz güldüklərimizi onlar fərqli formada göstərirlər. Adi bir komediya janrlı film 24 seans göstərilirsə, deməli tələbat var. Hələ o vaxtlar Afaq Bəşirqızı nə qədər tamaşaçını Heydər Əliyev Sarayına yığa bilmişdi. Həyatda olan hadisələr daha komik formada tamaşaçıya təqdim edilirdi, bizə də bu lazım idi. Qan dəyişilmir, biz azərbaycanlıyıq, hansısa şit hadisə varsa, bu bizə toxunacaq.

-    Bir filmə təxminən neçəyə çəkilərsiz?

-    Neçəyə çəkilməyim ssenaridən, çəkiliş müddətindən, kimin çəkməyindən asılıdır. Rejissor var ki, onun üçün pulsuz da çəkilə bilərəm.
Zamanla klassika olacaq filmlər hazırda yoxdur

-    SSRİ kino ənənəsi kino aləmində böyük izlər qoydu. Bəs o dövrdən sonra kinoda unudulan ənənələr hansılardır?

-    Klassika müqəddəsdir, biz də bu filmlərlə böyümüşük. Xaricdə olanda da daha çox yerli filmlərimizi izləyirəm, bu mənə zövq verir, baba-nənələrimizin yaşam tərzini izləyirik.  Amma təəssüf ki, zamanla klassika olacaq filmlər hazırda yoxdur. Ancaq olacaq.

-    Karifeylər niyə yenidən doğulmur?

-    Deməzdim ki doğulmur, sadəcə bu söz mənasını dəyişib. Bu gün istedadlar çoxdur, bazar genişlənib. Əminəm ki, yaxın 5-6 ildə bir neçə yerli simanın adı beynəlxaq aləmdə partlayacaq.

-    Bu yaxınlarda tərəf müqabiliniz Kamran Ağabalayevlə birgə Türkiyədə uğurlu işə imza atdınız...


-     “Tərkedilmişlər” mənim tammetrajlı ilk böyük filmim oldu. Böyük təcrübəyə yiyələndim. Obrazım Suriya müharibəsindən sonra Türkiyəyə qaçan gənc qızdır. Anası, bir də qızı var. Müharibənin cəhənnəmi onun üzündə əks olunurdu. Hər bir şey təbii alındı, onsuz da rejissor səndən gözlədiyini almayınca yenidən çəkilirdi. Ssenaridə sözlərlə deyil, daha çox mimikamla fikrimi çatdırıram. Tərəf müqabilim Kamran Ağabalayev Çirkini yaradırdı, mən isə Qaçqını. Bundan öncə çəkildiyim bəzi filmlər yola vermək idi, amma bu film tamam başqa bir imzadır. Aldığımız məbləğ də buradakından çox idi.

Nigar Məhərrəm






31 Mart, 2015  11:49 Baxılıb: 1078 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner