Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ukraynalı deputatlar Milli Məclisdə olublar

Milli Məclisdə ölkəmizin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasındakı nümayəndə heyətinin Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşü keçirilib.

Milli Məclisdən Simsar.az-a verilən məlumata görə, görüşdə QDİƏT Parlament Məclisində nümayəndə heyətimizin üzvü, deputat Musa Quliyev ölkələrimiz və xalqlarımız arasında hər zaman möhkəm dostluq əlaqələrinin olduğunu qeyd edib.

Qanunvericilik orqanları arasında münasibətlərdən bəhs edən M. Quliyev bu sahədə Azərbaycan Milli Məclisində və Ukrayna Ali Radasında fəaliyyət göstərən parlamentlərarası dostluq qruplarının rolunu önə çəkib, habelə deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını təqdir edib. O, hər iki ölkənin QDİƏT Parlament Assambleyasında təmsil olunan nümayəndə heyətləri arasındakı münasibətləri yüksək dəyərləndirib.

Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Roman Nəsirov isə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Parlamentlərarası münasibətlərin möhkəmlənməsində dostluq qruplarının faydalı əməkdaşlığının, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıb. Qonaq Ukraynanın QDİƏT Parlament Assambleyasında nümayəndə heyətinin yeni formalaşdığını bildirib və qeyd edib ki, onlar azərbaycanlı həmkarları ilə qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.

Görüşdə siyasi, iqtisadi, sosial, mədəni sahələrdə əlaqələrin genişləndirilməsi, digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.






30 Mart, 2015  19:25 Baxılıb: 697 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner