Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Araşdırma yazıya görə 700 manat

Media Mərkəzi yeni layihə həyata keçirir

Bu gün Media Mərkəzi Azərbaycanda 10 aylıq jurnalist araşdırması və ictimai müzakirələrlə bağlı yeni layihəsini təqdim edib. 
“Media dördüncü hakimiyyət rolunda” adlı layihəni ABŞ səfirliyinin Demokratiya Komissiyasi Kiçik Qrantlar Proqramı maliyyələşdirib.

Mərkəzin layihələr üzrə koordinatoru Seymur Kazımovun sözlərinə görə, layihə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu və “Yeni Nəsil” Jurnalistlər Birliyi ilə birgə həyata keçəcək: “Əsas məqsəd jurnalist araşdırmalarına təkan vermək və ictimai müzakirəni canlandırmaqdır”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin nümayəndəsi, layihənin koordinatoru Nailə Əliyeva layihənin bir neçə mərhələdən ibarət olduğunu bildirib: “Mayın 23-25-də jurnalist araşdırması üzrə təlim keçiriləcək. Təlimçi ABŞ-da olan fullbright professor Joann Lisoskiydir. Növəbti mərhələlərdə Media Mərkəzi, Yeni Nəsil Jurnalistlər Birliyi və ABŞ səfirliyinin nümayəndələri 10 iştirakçı seçəcək”.

S. Kazımov qeyd edib ki, layihənin ümumi dəyəri 21,993 ABŞ dolları təşkil edir. Araşdırmada iştirak edəcək jurnalistlərə 700 ABŞ dolları dəyərində vəsait veriləcək: “400 dollar araşdırma üçün, 300 dollar isə araşdırmadan sonra jurnalistlərə qonorar şəklində təqdim olunacaq”.

Təqdimatda iştirak edən ABŞ səfirliyinin mətbuat katibi Kis Bin bu layihənin Azərbaycanda jurnalist tədqiqatlarının inkişafına təkan verəcəyini bildirib.

Araşdırma mövzuları üçün məhdudiyyət qoyulmur, istənilən mövzuda tədqiqat aparmaq olar. Hər bir araşdırmanın ictimai əhəmiyyətini göstərmək üçün ictimai müzakirələr olacaq.

Arifə






6 May, 2011  20:40 Baxılıb: 1142 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner