Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Allahşükür Paşazadə dünyanı erməni terrorundan qorunmağa ÇAĞIRDI

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bütün dünya xalqlarını erməni terroru ilə bağlı ayıq-sayıq olmağa çağırıb.

Simsar.az-ın məlumatına görə, bu gün QMİ-də 31 mart soyqırımının ildönümü ilə bağlı keçirilən tədbirdə Şeyxülislam bildirib ki, bu soyqırım o vaxt tək azərbaycanlılara yox, bir neçə xalqa qarşı törədilib: “Bunun davam etdirilməsinə imkan tapsaydılar, daha çox xalq buna məruz qalacaqdı”.

A.Paşazadə bildirib ki, ermənilərin məqsədi dənizdən-dənizə “Böyük Ermənistan” yaratmaq idi: “Qonşu ərazilərdə bütün xalqlara qarşı bu hadisəni törətmək onların planları idi. O vaxt Türkiyədə də ermənilər tərəfindən xeyli insan soyqırıma məruz qaldı, qırıldı”.

Şeyxülislam deyib ki, Qara dənizdən Xəzər dənizinə qədər böyük dövlət yaratmaq istəyən ermənilər o vaxtdan törətdikləri qırğınları indi də davam etdirir: “Bu, Qarabağda, xüsusilə Xocalıda qabarıq özünü göstərdi. Onlar özlərinə aid olmayan bütün milli, dini abidələri məhv edirlər. Mən və müavinlərim Ermənistanda olduq və oradakı məscidlərin necə dağıdılmasının şahidi olduq”.






30 Mart, 2015  11:47 Baxılıb: 765 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner