Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"Türkiyə və Avropa üçün ən yaxşısı TANAP-dır" - ABŞ DİPLOMATI

“Ölkələrin tək bir ölkədən enerji təchizatına bağlı olması və ya bir ölkədən həddindən çox asılı olması heç bir zaman yaxşı bir şey deyil. Xüsusilə də, əgər bu ölkənin enerji təchizatı ona qarşı siyasi bir vasitə kimi istifadə olunursa”.

Simsar.az-ın məlumatına görə, bu sözləri Türkiyənin “Hürriyyət” qəzetinə müsahibəsində ABŞ-ın Xarici İşlər Nazirliyinin Beynəlxalq Enerji Əlaqələri üzrə özəl təmsilçisi Amos Hoçşteyn (Amos Hochstein) bildirib.

Onun sözlərinə görə, bu vəziyyətin qarşısını almaq üçün həm enerji təchizatını təmin etmək, həm də enerjinin nəql olunduğu marşrutlar diversifikasiya edilməlidir: “Trans-Anadolu (TANAP) qaz boru kəməri bu iki əsas meyarı yerinə yetirən bir layihədir. Təbii qaz, həm yeni bir tədarükçü, həm də yeni bir yolla gəlir. TANAP enerji qaynaqlarının diversifikasiyası üçün yaxşı bir nümunədir”.

A. Hoçstein deyib ki, bu layihənin sayəsində ilk dəfə olaraq Azərbaycan qazını Avropa bazarına çatdırmaq mümkün olacaq: “Layihənin keçdiyi marşrut da çox əhəmiyyətlidir. Layihə Ukrayna və ya Rusiyadan yox, Türkiyə üzərindən keçir. Türkiyədən keçib İtaliyaya çatdığında isə bu bizə Yunanıstandan Bolqarıstana uzanan yeni bir boru xətti inşa etməyə imkanı verəcək. Boru kəməri Bolqarıstandan da Serbiya, Rumıniya və Macarıstana bağlana bilər. Bu səbəbdən Türkiyədən başlayan bu marşrut bizə əhəmiyyətli bir rahatlıq təmin edəcək”.

ABŞ rəsmisi bildirib ki, TANAP 10 ildir hazırlığı aparılan bir layihədir: “TANAP Azərbaycan, Türkiyə və Gürcüstan hökumətlərinin güclü bir şəkildə öhdəliklərinə götürdüyü bir layihədir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və bu ölkənin enerji və təbii sərvətlər naziri Taner Yıldız layihənin təməlatma mərasimində bu öhdəliyi bir daha dilə gətirdilər”.

Amerikalı enerji eksperti deyib ki, bu səbəbdən də TANAP bu gün hər kəsin diqqətinin cəlb olunduğu və tamamlanması üçün səy göstərəcəyi bir layihə olmalıdır: “İstər Türkiyə, istərsə də Avropa üçün ən yaxşısı budur”.






30 Mart, 2015  10:56 Baxılıb: 1089 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner