Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Gimnastımız Portuqaliyada 2 medal qazandı

Portuqaliyanın paytaxtı Lissabonda bədii gimnastika üzrə Dünya Kubokunun mərhələsi və beynəlxalq turnir başa çatıb. Azərbaycan Gimnastika Federasiyasından Simsar.az saytına verilən məlumata görə, bu yarışlar vətənə iki bürünc medal gətirən gimnastımız Marina Durundanın parlaq çıxışları ilə yadda qalıb.

Yığmamızın lideri və Avropa Oyunlarının idman səfiri top və lent ilə hərəkətlərdə 3-cü olub. Gimnastımız gürzlər və halqa ilə hərəkətlərdə də 4-cü, çoxnövçülükdə 5-ci yeri tutub.
Digər bürünc medal isə Dünya Kuboku çərçivəsində keçirilən beynəlxalq turnirində iplə çıxış edən yeniyetmə gimnastımız Jalə Piriyevanın aktivindədi.
Yeniyetmələrdən ibarət qrup hərəkətləri komandasının beş top ilə parlaq çıxışları da diqqətdən kənarda qalmayıb. Onlar əfsanəvi pop-musiqisinin kralı Maykl Ceksonun “Smooth Criminal” mahnısının sədaları altında icra olunan və artıq bədii gimnastika aləmində məşhur çıxışları bütün tamaşaçıları ayağa qaldırsa da, yekunda 4-cü yerlə kifayətləniblər.






30 Mart, 2015  10:32 Baxılıb: 652 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner