Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

40 minlik ordu Yəmənə girir - Qərar

Ərəb Dövlətləri Liqasının sammitində iştirak edən liderlər Yəmən, Liviya, Suriya və İraq kimi münaqişələr fonunda artan təhlükələrə qarşı vahid qüvvələrin yaradılması ilə cavab verməyə razılaşıblar.


Simsar.az-ın BBC-yə istinadən xəbər verir ki, təşkilatın zirvə görüşü Misirin Şarm əl-Şeyx şəhərində keçib.

Yeni qüvvələrin yaradılmasına aylar tələb oluna bilər, təhlilçilər bildirirlər.

Hazırda Səudiyyə Ərəbistanı rəhbərliyilə 10 ölkədən ibarət koalisiya qüvvələri Yəmən prezidentinə qarşı hücuma keçən şiə - husi üsyançılarının mövqelərinə hava zərbələri endirir.

Bəziləri münaqişəni sünni Ərəb dövlətlərilə şiə İran arasında məsafədən aparılan müharibə kimi dəyərləndirirlər.

Misirdə keçən zirvə görüşünün iştirakçıları şiə üsyançılarının Yəmən paytaxtından geri çəkilməsini tələb ediblər.

"Yəməndə hərbi əməliyyat husilərin tərksilah edilib geri çəkilməsinədək davam edəcək”, - Ərəb Dövlətləri Liqasının rəsmi bəyanatında deyilir.
40 min əsgərdən ibarət ərəb qüvvələrinin tərkibində dəniz donanması və aviasiyanın olacağı nəzərdə tutulur, AP agentliyi bildirir.

Hərçənd ki, Ərəb Liqasına daxil olan üzvlərin hamısı qüvvələrə əsgər göndərməyə həvəsli deyil və keçmişdə bu kimi təşəbbüs uğursuzluğa düçar olub, təhliçilər bildirir.

Səudiyyə Ərəbistanı və onun müttəfiqləri şiə üsyançı husilərə qarşı əməliyyata cümə axşamına keçən gecə başlayıblar.

ABŞ hərbi əməliyyatı dəstəkləyir, lakin bilavasitə iştirak etmədiyini bildirir.





29 Mart, 2015  19:24 Baxılıb: 764 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner