Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Ona deyin, yanan ev onundur” – Əlibəyli FOTOLARDA

Ermənistanın Berd rayonunun 4 kəndi ilə həmsərhəd olan Tovuzun Əlibəyli kəndi fevralın 5-də  növbəti dəfə atəşə tutulub. Atəş nəticəsində kənd sakini Nəbiyev İsmayıl Əkbər oğluna məxsus ev tam yanıb.

Zərərçəkən Nəbiyev İsmayıl Simsar.az-a bildirib ki, fevralın 4-də atışma olduğu üçün həyat yoldaşı oğlunun ailəsini də götürüb təhlükəsiz yerdə yaşayan qohumlara gediblər: “Evə yaxın ərazidə işləyirdim. Yanımda işləyən yoldaşa zəng gəldi. Telefonda deyirdilər ki, İsmayıl yanındadırmı? Ona deyin elə bil yanan ev onundur. Mən bunu eşidib dərə-təpədə gizlənə-gizlənə gəlib qonşu evin yanında dayandım. Yanğın zamanı şiddətli atışma gedirdi. Ona görə də evə yaxınlaşa bilmədim. Bildiyimə görə atışma olan ərazilərə yanğın söndürən maşınlar girə bilmir. Bu səbəbdən evimdə olan bütün əşyalar yanıb kül oldu, söndürə bilmədik. Xəsarət alacağımdan qorxaraq yaxına da gedə bilmədim, dayandım baxdım”.

İsmayıl kişi deyir ki, evi yanandan sonra dövlət tərəfindən ona maddi yardım göstərilib. Yenidənqurma işlərinin aparılması üçün lazım olan materiallar alınıb.

Həmçinin bayram münasibəti ilə Azərbaycan Ordusunun Əlibəylidə yerləşən mövqeylərində xidmət çəkən əsgərlərlə görüşən iş adamları Viləş Əhədov, Anar  Mirzəmmədov, Gəray Quliyev, Ukrayna Azərbaycanlıları Konqresinin sədr müavini İsa Əliyev və Şəmkir Hərbi Birləşməsinin zabitləri evi yanan N.İsmayılın problemləri ilə maraqlanıblar. Aparılan tikinti işlərinin sürətlənməsi üçün kənd sakininə maddi yardım göstəriblər.

Bildirək ki, Tovuz rayonunun, ümumilikdə Ermənistanla 69 km sərhədi var ki, bunun da 17,5 km Əlibəyliyə aiddir. Kəndin 4 min əhalisi var və əsas məşğuliyyətləri mal-qara və əkinçilikdir.

Hüseyn İbadlı

 






29 Mart, 2015  18:34 Baxılıb: 1623 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner