Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"Su sayğacları əməliyyatı" baş tutmadı

“Azərsu” abunəçiləri fırıldaqçılara qarşı əməkdaşlığa çağırdı

Xətai Rayon Sukanal Sahəsinin əməkdaşları vətəndaşları aldadaraq mənzillərdə su sayğaclarının plomblarını sındıran və yeni sayğac təklif edən 3 nəfəri ifşa edərək polisə təhvil verib.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, mayın 5-də Xətai rayonu, Məhsəti küçəsi 14, 16 və 18 ünvanlarında özlərini “Azərsu” ASC-nin əməkdaşları kimi təqdim edən 3 nəfər şəxs sayğaclara texniki baxış keçirmək adı altında abunəçiləri aldadaraq onlara məxsus sayğacların plomblarını sındırıblar. Daha sonra plombların bərpası və ya yeni sayğacın quraşdırılması müqabilində abunəçilərin hər birindən 30 manat tələb ediblər.

Vətəndaşlardan biri hadisə barədə Xətai Sukanal Sahəsinin rəhbərliyinə məlumat verəndən sonra sahənin işçiləri dərhal həmin ünvanlara göndərilib və sayğaclara müdaxilə edən şəxslərdən biri - Sabirabad rayonunun Qasımbəyli kənd sakini Nicat Dadaşov iş başında saxlanılaraq idarəyə gətirilib. Bu barədə Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə məlumat verilib. Polis əməkdaşları ilə birgə aparılan ilkin araşdırma zamanı həmin 3 nəfərin əvvəllər tender əsasında mənzillərdə su sayğacları quraşdırdığı məlum olub. Faktla bağlı 35-ci polis bölməsində araşdırmalar davam edir.

“Azərsu” ASC abunəçilərdən xahiş edir ki, sayğac quraşdırılması ilə bağlı onlara müraciət edən şəxslərdən müvafiq sənədlər (iş vəsiqəsi və ya şəxsiyyət vəsiqəsi) tələb etsinlər. Eyni zamanda qeyri-qanuni ödəniş tələb edənlər barədə dərhal yerli Sukanal Sahələrinə və hüquq-mühafizə orqanlarına məlumat versinlər.

Rayon Sukanal sahələrinin əlaqə telefonları:

Sabunçu Sukanal sahəsi 429-62-96
Suraxanı Sukanal sahəsi 477-73-12, 477-90-47
Xəzər Sukanal sahəsi 454-08-13, 554-95-37
Nizami Sukanal sahəsi 570-15-60, 375-59-34
Nəsimi Sukanal sahəsi 498-00-85, 498-00-89
Səbail Sukanal sahəsi 492-44-47, 492-07-34
Yasamal Sukanal sahəsi 432-64-74
Xətai Sukanal sahəsi 379-20-86, 372-00-20
Nərimanov Sukanal sahəsi 561-16-63, 562-48-74
Binəqədi Sukanal sahəsi 562-25-54, 562-89-63
Qaradağ Sukanal sahəsi 445-85-60, 445-07-27
Abşeron Sukanal İdarəsi 349-39-99, 342-12-57






6 May, 2011  19:54 Baxılıb: 1451 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner