Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ekspertlər saatların irəliyə çəkilməsini səmərəli hesab edir

Bu gecə saat 4:00-da Azərbaycanda saatların əqrəbi bir saat qabağa çəkilərək yay vaxtına keçildi.  Simsar.az xəbər verir ki, dünyada bir əsrdən çoxdur ki, tətbiq edilən bu proses 18 ildir ki, Azərbaycanda da gerçəkləşdirilir və bu addımın əsas səbəbi kimi iqtisadi səmərə göstərilir.

1981-ci ildən başlayaraq, saatların əqrəbi hər il dünyanın 110 ölkəsində irəli çəkilir. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli qərarına əsasən, respublika ərazisində hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçid tətbiq edilməyə başlayıb. Azərbaycanda bu qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
Hər il oktyabrın son bazar günündə isə Azərbaycan ərazisində qış vaxtına keçilir. İldə iki dəfə dəyişdirilən vaxt insanlar üçün də təsirsiz ötüşmür.
Psixoloq Elnur Rüstəmov hesab edir ki, bu ən çox meteohəssas insanlara təsir edir. Bazar günü iş olduğu üçün ola bilər saatların irəli çəkilməsi iş sisteminə müəyyən qədər təsir etsin deyən psixoloq yeni vaxta adaptasiya üçün zaman ehtiyacın olduğunu düşünür. Onun sözlərinə görə, saatların əqrəblərinin dəyişməsinin müsbət tərəfləri daha çoxdur: “İndi gün uzanır, bu, o deməkdir ki, insanlar çöldə daha çox vaxt keçirəcəklər. Bilirsiniz ki, havanın işıqlı olması insanlara daha çox müsbət təsir göstərir. Biz depressiyada olan insanlara havada daha çox gəzmələrini tövsiyə edirik.  Gün işığı nə qədər çox olarsa, bu, insanların əhval-ruhiyyəsinə daha çox müsbət təsir edəcək. Ailələr işdən sonra daha çox vaxt keçirə bilərlər”.

Elnur Rüstəmov deyir ki, ildə iki dəfə saatların əqrəblərini irəli-geri çəkən insanlar üçün isə bu proses bəzən problemə çevrilir. Onlar hesab edirlər ki, saatların irəli- geri çəkilməsi yuxusuzluq yaradır, davranışlarda gərginlik özünü büruzə verir.

İqtisadçı ekspert Vüqar Bayramov isə saat əqrəblərinin çəkilməsinin iqtisadi tərəfdən əhəmiyyətli olduğunu düşünür. İldə iki dəfə saatların əqrəblərinin irəli-geri çəkilməsini xüsusən biznesmenlər üçün sərfəli olduğunu vurğulayan ekspertin fikirincə ilkin qiymətləndirmələrə görə, saat əqrəblərinin dəyişdirilməsi enerjiyə təxminən 5% qənaət edilməsinə imkan yaradır: “Bu proses  aqrar və  xidmətlər sektorunda iş müddətinin uzanmasına gətirib çıxarır, bununla da həmin sahələrin gəlirlərində artımlar müşahidə edilir. Aqrar sektorda iş vaxtının uzanması fermerlərin daha çox kənd təsərrüfatı işləri ilə məşğul olmasına imkan yaradır”.
V.Bayramov onu da əlavə edib ki, bu gün Azərbaycanın hava məkanı Avropa öləkələrinin bir hissəsinə çevrilib: “Bu baxımdan inteqrasiya baş verdiyi üçün  Azərbaycan hava reystrlərinin tənzimlənməsi baxımından saat əqrəblərinin dəyişdirilməsi vacib idi. Azərbaycanın saat əqrəblərinin Avropa qitəsinin vaxtına yaxın yerləşdiyini nəzərə alsaq Avropa Birliyi ölkələrində olduğu kimi yay və qış vaxtına keçilməsi məqsədəuyğun və iqtisaddiyyat üçün xeyirli hesab edilir”.

Aysel Kərimova






29 Mart, 2015  16:38 Baxılıb: 788 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner