Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Bakıya qitənin ən yaxşı atletləri gələcək - Avropa Olimpiya Komitələrinin prezidenti

“Avropa Olimpiya Komitələrinin prezidenti kimi mən həmişə Avropa idmanını inkişaf etdirmək və Avropa atletlərinin tam potensialını göstərmək üçün təşkil olunan bütün tədbirləri dəstəkləyirəm. Lakin başqa ildə keçiriləcək və daha az idmançı, daha az atletlə təşkil olunacaq bu tədbir Avropa Oyunlarından tamamilə fərqli təşəbbüsdür”.

Simsar.az-ın insidethegames.biz saytına istinadən xəbərinə görə, bu sözləri Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki 2018-ci ildə Berlin və Qlazqo şəhərlərində keçiriləcək oyunlarla bağlı deyib.

P. Hikki bu il Bakıda keçiriləcək I Avropa Oyunlarına qitənin ən yaxşı atletlərin cəlb olunacağını bildirib.

P. Hikki “Bakı 2015” I Avropa Oyunlarını böyük hadisə adlandırıb: “Fikrimcə, bu, Avropa Oyunlarını qitə idmanının ən yüksək zirvədə dayanan idman tədbirinə və artıq yeni yaradılmış brendə çevirəcək. Bu, daha yaxşı nəticələr əldə etmək üçün bir başlanğıc olacaq. Bakı 2015 Avropa Oyunları 55 ölkədə yayımlanacaq, 20 idman növü üzrə yarışlar təşkil olunacaq. Biz artıq 2019-cu il Avropa Oyunlarını keçirməklə bağlı 6 ölkədən ciddi istək almışıq və artıq növbəti ev sahibi ölkənin müəyyənləşdirilməsi məsələsi yekunlaşmaq üzrədir”.

Qeyd edək ki, bir neçə gün əvvəl 2018-ci ildə Qlazqoda velosiped, avarçəkmə və triatlon yarışları, Berlində isə yüngül atletikaya aid olan idman növləri üzrə təşkil olunacaq yarışların “Əsl Avropa Oyunları” olması ilə bağlı bəzi KİV-lərdə xəbər yayılıb.






29 Mart, 2015  16:21 Baxılıb: 776 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner