Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

SOCAR daha bir ilkə imza atdı

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iki illik fasilədən sonra Avropa maliyyə bazarında ilk dəfə olaraq 750 milyon ABŞ dolları həcmində 15 illik avrobondlar emissiya edib.

Simsar.az ARDNŞ-nin saytına istinadən məlumat verir ki, Azərbaycan Respublikasında iqtisadi inkişaf, ölkənin sabit iqtisadi inkişaf göstəriciləri, SOCAR-ın 100% dövlət mülkiyyətində olması, şirkətin mövcud vəziyyəti, eləcə də avrobondların buraxılışı ilə əlaqədar görülən işlər dünyanın müxtəlif regionlarından olan investorlar arasında böyük marağa səbəb olub. İnvestorların marağını nəzərə alaraq, qiymətli kağızların faiz dərəcəsi illik 6.95% təşkil edib.

SOCAR tərəfindən yeni buraxılan avrobondların coğrafi bölgüsü Birləşmiş Krallıq (39%), Avropa (18%), ABŞ (41%) və digər regionlar (2%) nisbətində həyata keçirilib. Avrobondların 93%-i fond idarəçiləri, 5%-i banklar, 2%-i təqaüd fondları tərəfindən alınıb.

Xatırladaq ki, SOCAR 2012-ci ilin əvvəllərində Azərbaycanda ilk dəfə olaraq London Fond Birjasında avrobondlar emissiya etdikdən sonra 2013-cü ilin mart ayında ümumi həcmi 1 milyard ABŞ dolları, illik faiz dərəcəsi 4,75% və müddəti 10 il olan ikinci avrobond emissiyasını uğurla həyata keçirib.






29 Mart, 2015  16:04 Baxılıb: 752 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner