Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“27 adamın qatilinin həyatını ekranlaşdıracam” – MÜSAHİBƏ + FOTOLAR

Korhan Uğur: “27 adamın qatili olan birinin hekayəsini kimsə dinləməzdi, amma mən bunu ekranlaşdırıb yüz minlərə təqdim edəcəyəm”.
Azərbaycanlı aktyorlar Kamran Ağabalayevlə Könül Nağiyevanın baş rollarını canlandırdıqları “Tərkedilmişlər” filminin mayın 15-də kinoteatrlarda nümayişi başlayır. Təqdimat günündən öncə filmin rejissoru Korhan Uğurla yaradıclığı haqda söhbətləşdik.

-    Kino ilk addımlarınızdan danışaq. Necə oldu ki, bu aləmə gəldiz?

-    Kino mənim ən böyük xəstəliyimdir, hələ uşaq ikən filmləri izləməyi çox sevərdim. Məncə bu “xəstəliy”ə yoluxmayan kəs film sahəsində addımlaya bilməz. Çünki zəhmət, əziyyət və yaradıclıq tələb edir. Kino almində özümü görmək istəyirdim. Beləcə İstanbula gəldim, kino sahəsində təhsil almadan. Arzum kinoman olmaq idi. 22 yaşında idim, bu böyük şəhərdə tanıdığım kimsə də yox idi. Elə o zamandan kino sahəsində addımlamağa başladım. İlk işim kamera köməkçisi oldu. Daha sonra isə yaradıcı işə keçdim. Beləcə pillə-pillə qalxdım. 2009-cu ildən etibarən rejissoram.

-    1998-ci ildə qısametrajlı filmlər çəkdiz…


-    O dövrlər, hələ ondan öncə də qısametrajlı filmlər çəkmişdim. Onlar mənim üçün sadəcə sınaq mərhələsi idi. Bu tip filmlər çəkməklə öyrəndim, biliklərimi təkminləşdirdim, nöqsanları gördüm, yeni ideyalar düşündüm. İnsan hər zaman işinə yenilik qataraq üzərində işləməlidir. Bu gün, sabah görəcəyim iş üçün atdığım o addımlar çox önəmli idi. Bədii formada desəm bu işlər mənim üçün gələcək işlərimin mətbəxi rolunu oynayır. Necə olduğumu, nə bacardığmı görmək, bunu yaşamaq çox önəmlidir. Birbaşa işə rejissor olaraq başlaya bilmədim. Kino zəngin aləmdir, pulsuz ərsəyə gələ bilməyəcək bir sənət. O zamanlar mənim yetərli maddi gücüm yox idi. Bir musiqiçi hansısa aləti alıb çalar, rəssam boyalar, tablolar alıb işini göz qabağında sərgiləyər. Amma kino göründüyü qədər asan deyil. Kinoada əsas puldur. O zamanlarda çalışdım, tər-qan axıdıb pulumu qazandım. Nəhayət ki, film çəkdim, heç kəsdən maddi asılılığı olmadan.

-    “Sağ Salim” komedik film idi. Amma son çəkdiyiniz “Tərkedilmişlər” isə dram janrındadır. Bir az filminiz haqda danışaq

-    Bir il ərzində 160-a yaxın film çəkilib. Bunlardan 110-u komediya janrındadır. Dram janrında isə heç bir film yoxdur, digər filmlər isə qorxulu ekran əsərləri qrupuna daxildir. Dram janrında film çəkməsək kino aləmi çökər. “Tərkedilmişlər” insanın baxaraq özünü sorğu-sual edəcəyi bir filmdir. Yaxşı kimdir, pis kimdir, hər zaman bunu müzakirə etmişik. Filmdə də müxtəlif obrazlardan söz gedir, yaxşı, pis, qaçqın, tərkedilmiş və s. Bu elə bir filmdir ki, 20-30, 100 il sonra belə insanlar tərəfindən böyük maraqla izləniləcək. Bəzi filmlər var ki, bir-iki dəfə izlədikdən sonra bezərsən, baxmazsan. Amma film  başqadır. Həyəcan dolu bir filmdir, izləyicidə çaşqınlıq da yaradır. İlk 10 dəqiqədən sonra artıq izləyici hadisələringedişatını özlüyündə böyük maraqla müzakirə edəcək. Elə hər şey də ilk 10 dəqiqədə baş verir. İpin ucunu tapa bilən izləyici üçün filmin sonrakı dəqiqələri daha maraqlı olacaq. Sadəcə dram deyil, həm də aksiyon var. Filmin son yarım saatı da həyəcan doludur. Tək məkan var, heç bir şey olmayan məkan - sanatoriya. Amma çox böyük məkandır, müxtəlif yerləri var, köhnə, qırıq-salxaq divarları var. Bu tək məkanda nifrət də var, sevgi də. Sizin sevmədiyiniz bir xarakteri başqası sevə, qəbul edə bilər. Tarazlığı qorumağa çalışmışam.

-    Xarakterlərdən danışaq

-    Xarakterlərin bir özəlliyi də tərkedilmiş olmalarıdır. Tərkedilmiş hiss ilə tərkedilmiş bir sanatoriyada toplaşıblar. Bizim üçün bu gün qəbul etdiyimiz ən böyük acı ölümdür. Düşünürəm ki, ölümdən sonrakı əzab tərkedilməkdir, yalqız qalmaqdır. Ata- anamız, bacı-qardaşımız da dünyasını dəyişərkən acı çəkirik. Bu acını yaşadan ölüm deyil, sevdiyimizin bizi tərk edib getməsidir. Filmdə bir qaçqının da həyat hekayəsi var. Həmin hekayədə Suriya və ya başqa ölkələrin qaçqınlarına yanaşma tərzi də əksini tapıb. Kimsə yatağını, ölkəsini tərk edib getməz. Mən yüzlərlə qaçqınla görüşdüm, tək suriyalılarla yox. Azəri, erməni, afrikalı, bir sözlə hər millətdən qaçqın vardı. Bütün qaçqınlar öz vətəninə, el-obasına dönmək arzusu ilə yaşayır. Bir sözlə film insanlara pis təsir edə biləcək ağır filmdir. Çünki medalyonun iki üzü var. Sən özünü yaxşı insan kimi görürsən, amma əslində pis adamsan. Çox pis adam da əslində yaxşılıq edə bilər. Bir-birini tanımayan doqquz xarakteri bir araya gətirən hekayəmiz – Tərkedilmişlər adlanır. Filmi təkcə Berlin festivalına yolladım, tamamlamamışdı deyə seçilmədi.

- Filmlərinizdə ölüm daha çox qabardılır…

- İnsan oğlunun qurtula bilməyəcəyi tək şey ölümdür. Özüm də bundan qurtula bilməyəcəyəm

- “Sağ Salim”in müəllilik hüququ sizə aiddir. Hazırda filmin rejissoru ilə məhkəmə çəkişməniz davam edir. Müqavilədə göstərilən hansı vədlər pozuldu?

-    Bir az da pul qazanım deyə bu filmi ərsəyə gətirməyi düşündüm. Ssenarini rejissor çox bəyəndi, danışıb razılaşdıq ki, filmin ardı çəkilməyəcək. Əgər filmin ardı çəkilərsə sözləşməni pozduğu üçün təzminat ödəməli olacaq. Pul verib, adımı da yazacağını dedi. Film vizyona daxil oldğundan bir həftə sonra məhkəməyə müraciət etdim. Bundan sonra da “Sağ Salim”in pulunu yeməsin deyə mübarizə aparacağam.

-    “Sağ Salim 2”də adınız yoxdur…

-    Hazırda da məhkəmə prosesi davam edir, zərərçəkmiş şəxs mənəm. Bir ildən artıqdır ki bu məhkəmələr davam edir. “Sağ Salim”dən əldə edilən pulla “Yusuf Yusuf”u çəkdilər. Növbəti işlərimdən biri “Sağ Salim 3” ola bilər, həm rejissoru, həm də ssenaristi. Bircə dəfə yazdığım ssenarini kiməsə verdim, ona da peşman oldum.

-    Rejissoru siz olsaydız film indiki kimi ərsəyə gələrdi, ya tamam başqa cür?

-    Filmin yüzdə altmış faizi arzuladığım kimi deyil. Filmdə karikatüra var. Komediyada isə mən bunu sevmirəm. Bir cənazəni qaldırarkən müxtəlif hadisələr baş verir. Amma ssenari olaraq çox da dəyişilmədi. Rejissorlar sseanari müəllifi olmadığı filmi çəkərkən ən çox ssenaristlə mübahisə edərlər. Filmin rejissoru, ssenaristi də özün olunca özünlə mübahisə edirsən. Amma ssenari işi başqasına aid olarsa topu kənara atarsan.

-    İlk filminiz “Öldür Beni” fantastik filmlər janrına daxildir. Bu istiqamətdə irəliləməyi düşünürsüz ya fərqli istiqamətlərdə?

-    “Öldür Beni” çox cüzi pulla çəkildi. 10 ili tamamlandıqdan sonra yenidən çəkməyi düşünürəm, daha yeni təcrübələrlə, aktyorlarla və bir az da pul xərcləyərək. Amma istiqamət olaraq yaradıcılıq boyu fərqli janrlarda özümü sınayacağam.

-    Sizcə rejissorun konkret istiqaməti olmalıdır?


-    Rejissor özünü hansı istiqamətdə görürsə orda irəliləməlidir. Bəzən komediya, bəzən qorxu filmi də ola bilər. Hazırda işini yekunlaşdırdığım bir film var, qorxu filmidir. Ancaq xəyalət və cinlərdən bəhs edilmir. Dörd psixopat qardaşın hekayəsidir. Böyüdükləri mühit onları psixopat edir. Bu filmin ssenarisi əslində bir çoxlarını, eləcə də məni narahat edən problemdir. O səbədən də belə mövzu seçdim. 27 adamı öldürmüş biri ilə tanış oldum, hekayəsini danışdı. Özünü pis hiss edirmiş, bu səbədən evdən çıxıb, ilk qurbanını öldürüb. Deyir ki, birincini öldürdükdən sonra digərlərini necə öldürdüyünü belə xatırlaya bilmir. Hər şey onun üçün o qədər adi olub ki, hafizəsində izlər də buraxmayıb. Amma ilk öldürdüyü insanın üzünü untmayıb. Danışarkən çox normal birinə bənzəyir. Ona görə deyirlər ki, bir insan əsla bunu etməz, deyə bir şey yoxdur. İnsan hər şey edə bilər. 27 adamın qatili olan birinin hekayəsini kimsə dinləməzdi, amma mən bunu ekranlaşdırıb yüz minlərə təqdim edəcəyəm.

-    Qısametarjlı filmləriniz də var. Bu filimlərin uzunmetrajlı filmlərinizə bir bağlılığı varmı?

-    Hekayən qısadır, onu qısametrajla təqdim etməlisən. Bir-birlərinə bağlılığı yoxdur. Eyni zamanda reklam rejissoru olduğum üçün 30, 45 saniyədə bir dünya hekayələrini təqdim edə bildiyim üçün qısametrajlı filmlə, irimetrajlı filmi eyni tərəziyə qoymuram. Spielberg bir ya da iki dəfə qısametrajlı film çəkib. Daha sonra irimetrajlı filmlərə imza atıb. Qısametrajlı filmdə də dərdini çatdıra bilməlisən. Verdiyin mesaj sillə kimi sərt olmalıdır. Gələcəkdə yenə də qısametarjlı filmlər çəkməyi düşünürəm.

Nigar Məhərrəm

{img16}

 






29 Mart, 2015  15:00 Baxılıb: 1167 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner