Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ekskursiya turlarının üçüncü etapı yekunlaşdı

Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasında yaşayan və təhsil alan 9-10-11-ci sinif şagirdləri üçün Novruz Bayramı münasibətilə cari ilin 17-20 və 21-24 mart tarixlərində maarifləndirici turlar keçirilib

Naxçıvan Muxtar Respublikasının 8 rayonunun orta məktəblərində təhsil alan şagirdlər üçün turlar müəyyən olunmuş qrafik üzrə 4 istiqamətdə (Gəncə-Göygöl-Şəmkir, İsmayıllı Qəbələ-Şəki, Quba-Qusar-Xaçmaz və Lənkəran-Masallı-Lerik) həyata keçirilib. Eyni zamanda respublikamızın Qərb, Şimal-qərb, Şimal və Cənub bölgələrinin orta məktəblərində təhsil alan şagirdlər üçün Naxçıvan Muxtar Respublikasına ekskursiya turları həyata keçirilib.
Ekskursiya turları hər bir bölgə üçün əvvəlcədən müəyyənləşdirilmiş qrafik üzrə aparılmışdır. Turlar zamanı şagirdlər bölgələrimizin zəngin tarixi, mədəniyyəti və təbiəti, həmçinin turizm potensialı ilə yerində əyani tanış olmaq imkanı əldə ediblər.

Ümumilikdə, "Ölkəmizi tanıyaq" ekskursiya turlarının üçüncü mərhələsində respublikamızın 38 şəhər və rayonlarından 720 nəfər şagird iştirak edib.

Nigar






29 Mart, 2015  14:24 Baxılıb: 841 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner