Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakıda VI Müasir Musiqi Festivalı keçiriləcək

Aprelin 20-24 tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Qara Qarayev VI Müasir Musiqi Festivalı keçiriləcək

Aprelin 20-də, saat 12:00-da Qara Qarayev adına 8 saylı uşaq musiqi məktəbində ustad dərsləri, saat 19:00-da isə Azərbaycan Dövlət Filarmoniyasında açılış mərasimi keçiriləcək. Açılış mərasimdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edəcək. Bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi altında Q.Qarayevin, V.Lyutoslavski, K.Saariaho, E.Denisov və digər bəstəkarların əsərləri səsləndiriləcək.
Məlumat üçün bidiririk ki, festival çərçivəsində 21 aprel saat 12:00-da Muzey Mərkəzində Marianna Visotskayanın təqdimatında Mühazirə və Operaya Baxış, saat 19:00-da Kamera və Orqan Musiqisi Zalında Laut Käfig ətrafında proqram, 22 aprel saat 12:00-da Muzey Mərkəzində Tstiana Tsaregradskaianın təqdimatında Mühazirə və operaya Baxış, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "Stories of Love" adlı Multimedial Layihənin təqdimatı, 23 aprel saat 12:00-da Muzey Mərkəzində "XX-XXI əsrlərin vokal musiqisinin nəzəri problemləri" mövzusunda elmi-nəzəri konfrans, saat 19:00-da Gənc Tamaşaçılar Teatrında Multimedial Opera proqramı keçiriləcək.
Qeyd edək ki, festivalın bağlanış mərasimi 24 aprel saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.

Nigar

Simsar.az






29 Mart, 2015  13:57 Baxılıb: 920 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner