Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Raminin də taleyinə döyüş vaxtı ölmək yazılıbmış – Federasiya prezidenti

Martın 27-də Hövsan Olimpiya Kompleksində baş vermiş ölüm hadisəsi, hələ də gündəmdədir. Qubadan olan 27 yaşlı Ramin Zeynalovun döyüş vaxtı həyatını itirməsi ilə bağlı müxtəlif fikirlər səslənir. Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov Simsar.az-a açıqlamasında hadisənin təfərrüatlarından danışıb.

Bir çox saytlarda hadisənin “Qaydasız döyüş” üzrə yarışda baş verdiyini yazan mətbuat orqanlarını qınayan federasiya rəhbəri bunun həqiqətə uyğun olmadığını dilə gətirib: “Pankration həvəskar idman növüdür. Bu növdə idmançıların başlarında dəbilqə, ayaqlarında qoruyucu olur. Bu isə o deməkdir ki, bu, “qaydasız döyüş” deyil. Ola bilsin, səs-küy yaratmaq üçün yarışın adını belə təqdim ediblər”.

İdmançının ölümündə heç kimin günahkar olmadığını bildirən Azad Əsgərov, bunu “Allahın işi” kimi dəyərləndirib: “Həmin oyun döyüş qaydaları çərçivəsində baş tutub. Yarışdan əvvəl keçirilən tibbi müayinədə heç bir problemi yox idi. Ölüm, Allahın işidir. Bu yaxınlarda üzgüçülərdən biri boğulub öldü, maşın yarışlarında baş verən qəzalarda bir çox ölüm halları qeydə alınır. Yəqin ki, Raminin də taleyinə döyüş vaxtı ölmək yazılıbmış”.

Pankrationun təhlükəli idman növü olmadığını bildirən A.Əsgərov, “Mənim də övladım həmin yarışda iştirak edirdi. Yəqin ki, təhlükəli idman növü olsaydı, buna imkan verməzdim”, - deyə sözlərinə əlavə edib.

Qeyd edək ki, idmançının ailə üzvlərinin açıqlamalarında da heç kim günahlandırılmır. Ramin Zeynalovun atası, "Oğlumun ölümünün əsas səbəbkarı özüdür. Günah ancaq onun özündə olub. Bu bir idman növüdür. Ora çıxanlar da özlərini sınayırlar. Oğlum da özünü sınadı və öldü", - deyə bildirib.

Vüsal Məmmədzadə






29 Mart, 2015  13:33 Baxılıb: 972 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner