Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya şöhrətli azərbaycanlı dirijorun doğum günüdür - VİDEO

Mstislav Rostropoviçin doğum günüdür

Əvəzolunmaz violenç ifaçısı və dirijor. Musiqiçi olmaqla bərabər, ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi kimi də tanınırdı. XX əsrin ən dahi violenç ifaçılarından biri sayılır. Dahi həmyerlimiz bir neçə ali mükafatlara, o cümlədədn Böyük Britaniya İmperiyasının 2-ci dərəcəli Cəngavər Ordeninə layiq görülmüşdür.
Mstislav Rostropoviç 1927-ci ildə Azərbaycanda, Bakı şəhərində dünyaya gəlmişdir. Atası Leopold Rostropoviç qismən belorus-polyak zadəganlar nəslinə məxsus Orenburqdan Bakıya mühacirət etmiş rus əsilli musiqiçi idi. Rostropoviç uşaqlıq və gənclik illərini Bakıda keçirmişdir. İkinci dünya müharibəsi illərində ailəsi yenidən Orenburqa, daha sonra 1943-cü ildə Moskvaya köçür. Rostropoviç artıq dörd yaşında ikən anasından pianino ifaçılığının sirrlərini öyrənir. On yaşında isə atası, tanınmış violenç ifaçısı və vaxtilə Pavlo Kasalasın tələbəsi olmuş Leopold Rostropoviçdən ilk dəfə violençin incəliklərini öyrənir.
1943-1948-ci illərdə Rostropoviç Moskva konservatoriyasında təhsil alır və sonralar, daha dəqiq desək 1956-cı ildə bu konservatoriyanın violenç ifaçılığı şöbəsində professor təyin edilir. Rostropoviç Moskva konservatoriyasına cəmi 16 yaşında qəbul olur və burada piano və violenç ifaçılığı ilə yanaşı dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnir. Müəllimləri arasında isə Dmitri Şostakoviç və Sergey Prokofiyev kimi sovet-rus musiqisinin nəhənglərini misal göstərmək olar. Rostropoviç 1945-ci ildə Sovetlər Birliyində ilk dəfə keçirilən gənc musiqiçilərin birinciliyində qızıl medala layiq görülməklə istedadlı violenç kimi nəzər-diqqətləri cəlb edir.
Rostropoviç ilk violenç konsertini 1942-ci ildə verir. 1947, 1949 və 1950-ci illərədə Praqa və Budapeştdə keçirilən beynəlxalq musiqi müsabiqələrinin qalibi olur. 1950-ci ildə isə cəmi 23 yaşında o zaman Sovetlər Birliyində ən ali mükafat hesab olunan Stalin mükafatına layiq görülür. Artıq bütün SSRİ-də şöhrət qazanmış gənc və son dərəcə istedadlı Rostropoviç Leninqrad (indiki Sank-Peterburq) və Moskva konservatoriyalarında pedoqoji fəaliyyətlə də məşğul olur. 1955-ci ildə isə Bolshoy Teatrın sopranosu Galina Vişnevskaya ilə ailə həyatı qurur.
1964-cü ildə Qərbi Almaniyadakı çıxışı ilə dünya klsassik musiqi sevərlərinin də rəğbətini qazanır. Bu illərdə Rostropoviç Qərbi Avropada iştirak etdiyi musiqi turneləri müddətində Avropanın, Benjamen Britten daxil olmaqla o dövr bir neçə qabaqcıl bəstəkarları ilə tanış olur. 1967-ci ildə Böyük Teatrda Çaykovskinin Yevgeni Onegin operasını ifa etməklə özünün operaya olan sonsuz sevgisi və yüksək dirijorluq istedadını da nümayiş etdirir.
Rostropoviçə violenç üçün musiqi yazan Şostakoviç, Prokofiyev, Britten, Bernşteyn, Şnitke, Xaçaturyan və Piazollanı kimi dahi bəstəkarlar olmuşdur. Rostrpoviç Dvorakın B minorda və Haydnın C və D minorlarda violenç üçün konsertlərinə interpretasiyaları ilə böyük şöhrət qazanmışdır. Onun Şostakoviç, Prokofiyev, Britten, Lutoslavski, Pendereçki, Dütiye kimi bəstəkarların əsərlərinə ifaları violenç repertuarını hədsiz dərəcədə genişləndirmişdir.
Rostropoviç Sovet ideologiyasının ən təhlükəli illərində belə sərhədsiz, siyasi təsir və təzyiqlərdən azad sənət, sərbəst fikir azadlığı və bu kimi kommunist ideologiyasına zidd demoktarik ideyaları çəkinmədən səsləndirmişdir. Sovet hakimiyyətinə qarşı müxalif fikirləri ilk dəfə özünü 1948-ci ildə Moskva konservatoriyasında təhsil aldığı illərdə göstərir. 1948-ci il 10 fevral tarixində "formalist" bəstəkarlar haqqında qəbul edilmiş fərman nəticəsində müəllimi Şostakoviçin Leninqrad və Moskva konservatoriyalarında professorluq dərəcələrindən məhrum edilməsinə cavab olaraq 21 yaşlı Rostropoviç etiraz əlaməti olaraq konservatoriyanı tərk edir.
1970-ci ildə isə Rostropoviç Sovet ideologiyasının təqiblərinə məruz qalmış yazıçı Aleksandr Soljenitsına öz evində sığınacaq verir. Soljenitsınla dostluq münasibətləri və digər dissidentlərə verdiyi dəstək səbəbindən Rostropoviç hakimiyyətin qəzəbinə tuş gəlir. Nəticədə musiqiçinin və onun həyat yoldaşının xarici səfərlərə yollanmasına məhdudiyyət qoyulur və Rostropoviç solo konsertlər vermək üçün Sibirə göndərilir.
Nəhayət, Rostropoviç ailəsi ilə birgə 1974-cü ildə Sovetlər İttifaqını tərk edərək ABŞ-a yollanır. Tezliklə vətənində musiqi fəaliyyətinə qəti qadağan tətbiq olunur və ardınca 1978-ci ildə Sovetlərin mədəni azadlığa qoyduğu məhdudiyyətlərə qarşı kəskin çıxışlarına görə Sovet vətəndaşlığından məhrum edilir.
Rostropoviç gənc violenç nəslinin formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir. Bir çox violenç ifaçıları böyük sənətkara borclu olduqlarını açıq ifadə etmişlər. Dailiy Telegraph qəzetinin müxbiri Loyd Vebber Rostrpoviçi "bütün dövrlərin ən böyük violenç ifaçısı" adlandırmişdır.
Onun istedadı Şostakoviç, Xaçaturyan, Prokofiyev, Britten, Messiaen, Dütiye, Bernşteyn, Pendereçki kimi dahi bəstəkarların musiqilərindən ilham alırdı. Rostropoviç digər sovet bəstəkarı Dmitri Kobolevski ilə birgə dahi bəstəkar Prokofiyevin ölümü səbəbindən tamamlaya bilmədiyi violenç üçün konsertini tamamlayır. Rostrpoviç Şostakoviçin violenç üçün konsetlərinin də ilkin ifaçisidır. O dahi bəstəkarı Birinci Konsertini London musiqi sevərlərinə təqdim edir və Benjamin Britten ilə yaxın dostluq və yaradıcılııq münasibətləri qurur. Britten özünün Violenç üçün Sonatasını (Cello Sonata), Solo suitalarını (Solo Suites) və Violonç üçün simfoniyasını da (Cello Symphony) Rostropoviç üçün bəstələmiş və dahi Rostrpoviç bu əsərlərin ilk ifaçısı olmuşdur.
1977-1994-cü illər aralığında isə Rostropoviç Vaşinqtondakı ABŞ Milli Simfonik Orkestrinin musiqi direktoru və dirijoru kimi fəaliyyət göstərir. Bununla belə Sviatoslav Rixter və Vladimir Horovitç kimi məşhur musiqiçilərlə də çalışır. O həmçinin Rostropoviç Musiqi Festivalının təsisçisi və Birləmiş Krallıqda Benjamin Britten və Piter Pirsin təsis etdikləri Aldeburq Festivalının mütəmadi iştirakçısı olur.
Həmyerlimizin Berlin Divarlarının dağıdılması zamanı gözlənilməz, tamamilə improvizasiyaya əsaslanmış ifası onun dünya nüfuzunu daha da artırır və onun bu qeyri-adi ifası televiziya vasitəsilə bütün dünyaya nümayiş etdirilir. 1990-cı ildə isə artıq Amerika vətəndaşı olmasına baxmayaraq ruslar onun Rusiya vətəndaşlığını bərpa edirlər.
Rostrpoviç saysız-hesabsız mükafatlarla təltif olunmuşdur. Fransanın Şərəf Legionu Ordeni və saysız-hesabsız universitetlərin fəxri doktor mükafatlarını misal göstərmək olar. O, mədəniyyət və siyasətdə sərbəst fikir və ideya azadlığının yorulmaz müdafiəçisi idi. UNESKO-nun səfiri olmaqla bir çox təhsil, tədris və mədəni layihələri dəstəkləmişdir. O İspaniya şahzadəsi Şahzadə Sofiyanın yaxın dostu kimi də tanınırdı.
Rostropoviç və həyat yoldaşı Galina Vişnevskaya Azərbaycanda da bir sıra sosial layihələrdə yaxından iştirak etmiş və ölkəmizdə iri miqyaslı peyvənd proqramını maliyyələşdirmişdir. 2002-ci il mart ayının 4-də sevimli həmyerlimiz dahi Rostropiviçin Bakıda ev muzeyi açılmışdir. Rostropoviç həyat yoldaşı ilə Azərbaycana vaxtaşırı səfərlər etmiş və Azərbaycan Dövlət Konservatoriyasında təkmilləşmə sinifləri təşkil etməklə Azərbaycan musiqi sənətinə də dəyərli töhvələr bəxş etmişdir.
Rostrpoviçin ifalarını 1711-ci ildə hazırlanmış bütün dövrlərin ən yüksək musiqi aləti kimi tanınan Duport Stradivarius adlı violenç olmuşdur.
2006-cı ildən etibarən dahi musiqiçinin səhhəti kəskin pişləşməyə başlayır. Rusiya prezidenti Vladimir Putin Rostropoviçi 2007-ci il martın 27-si, doğum gününə nəzərdə tutulmuş 80 illik yubileyinin keçirilməsinə dair detalları müzakirə etmək üçün ziyarət edir. Rostrpoviç tədbirə qatılsa da onun kövrək sağlamlıq durumunda olması açıq-aşkar görünür. Bundan bir qədər öncə aprel ayının 7-sində musiqiçi bağırsaq xərçəngi diaqnozu ilə Bloxim adına Onkoloji Xəstəliklər İnstitutuna yerləşdirilir. Dahi Rostrpoviç həmin ilin aprel ayının 27-si vəfat edir. Maraqlıdır ki, 27 aprel tarixində musiqiçinin müəllimi Sergey Prokofiyev anadan olmuşdur.
Aprelin 28-si isə cənazəsi bir vaxtlar təhsil aldığı Moskva Konservatoriyasında qoyulur. Fəxri dəfn mərasimində Rusiya prezidenti Vladimir Putin, İspaniya kraliçası şahzadə Sofiya, həmin vaxt Fransanın birinci xanımı Bernadet Şirak, Azərbaycan prezidenti İlham Əliyev dahi musiqiçi ilə vidalaşmağa gəlirlər
vəzolunmaz violenç ifaçısı, dirijor, musiqiçi olmaqla bərabər, ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi kimi də tanınırdı. XX əsrin ən dahi violenç ifaçılarından biri sayılır. Dahi həmyerlimiz bir neçə ali mükafatlara, o cümlədədn Böyük Britaniya İmperiyasının 2-ci dərəcəli Cəngavər Ordeninə layiq görülüb.
O 1927-ci ildə Azərbaycanda, Bakıda dünyaya gəlib. Atası Leopold Rostropoviç qismən belorus-polyak zadəganlar nəslinə məxsus Orenburqdan Bakıya mühacirət etmiş rus əsilli musiqiçi idi. Rostropoviç uşaqlıq və gənclik illərini Bakıda keçirib. İkinci dünya müharibəsi illərində ailəsi yenidən Orenburqa, daha sonra 1943-cü ildə Moskvaya köçür. Rostropoviç artıq dörd yaşında ikən anasından pianino ifaçılığının sirrlərini öyrənir. On yaşında isə atası, tanınmış violenç ifaçısı və vaxtilə Pavlo Kasalasın tələbəsi olmuş Leopold Rostropoviçdən ilk dəfə violençin incəliklərini öyrənir.
Rostropoviç ilk violenç konsertini 1942-ci ildə verir. 1947, 1949 və 1950-ci illərədə Praqa və Budapeştdə keçirilən beynəlxalq musiqi müsabiqələrinin qalibi olur. 1950-ci ildə isə cəmi 23 yaşında o zaman Sovetlər Birliyində ən ali mükafat hesab olunan Stalin mükafatına layiq görülür. Artıq bütün SSRİ-də şöhrət qazanmış gənc və son dərəcə istedadlı Rostropoviç Leninqrad (indiki Sank-Peterburq) və Moskva konservatoriyalarında pedoqoji fəaliyyətlə də məşğul olur. 1955-ci ildə isə Bolshoy Teatrın sopranosu Galina Vişnevskaya ilə ailə həyatı qurur.
1964-cü ildə Qərbi Almaniyadakı çıxışı ilə dünya klsassik musiqi sevərlərinin də rəğbətini qazanır. Bu illərdə Rostropoviç Qərbi Avropada iştirak etdiyi musiqi turneləri müddətində Avropanın, Benjamen Britten daxil olmaqla o dövr bir neçə qabaqcıl bəstəkarları ilə tanış olur. 1967-ci ildə Böyük Teatrda Çaykovskinin Yevgeni Onegin operasını ifa etməklə özünün operaya olan sonsuz sevgisi və yüksək dirijorluq istedadını da nümayiş etdirir.
Rostropoviçə violenç üçün musiqi yazan Şostakoviç, Prokofiyev, Britten, Bernşteyn, Şnitke, Xaçaturyan və Piazollanı kimi dahi bəstəkarlar olmuşdur. Rostrpoviç Dvorakın B minorda və Haydnın C və D minorlarda violenç üçün konsertlərinə interpretasiyaları ilə böyük şöhrət qazanmışdır. Onun Şostakoviç, Prokofiyev, Britten, Lutoslavski, Pendereçki, Dütiye kimi bəstəkarların əsərlərinə ifaları violenç repertuarını hədsiz dərəcədə genişləndirmişdir.
Rostropoviç Sovet ideologiyasının ən təhlükəli illərində belə sərhədsiz, siyasi təsir və təzyiqlərdən azad sənət, sərbəst fikir azadlığı və bu kimi kommunist ideologiyasına zidd demoktarik ideyaları çəkinmədən səsləndirmişdir. Sovet hakimiyyətinə qarşı müxalif fikirləri ilk dəfə özünü 1948-ci ildə Moskva konservatoriyasında təhsil aldığı illərdə göstərir. 1948-ci il 10 fevral tarixində "formalist" bəstəkarlar haqqında qəbul edilmiş fərman nəticəsində müəllimi Şostakoviçin Leninqrad və Moskva konservatoriyalarında professorluq dərəcələrindən məhrum edilməsinə cavab olaraq 21 yaşlı Rostropoviç etiraz əlaməti olaraq konservatoriyanı tərk edir.
1970-ci ildə isə Rostropoviç Sovet ideologiyasının təqiblərinə məruz qalmış yazıçı Aleksandr Soljenitsına öz evində sığınacaq verir. Soljenitsınla dostluq münasibətləri və digər dissidentlərə verdiyi dəstək səbəbindən Rostropoviç hakimiyyətin qəzəbinə tuş gəlir. Nəticədə musiqiçinin və onun həyat yoldaşının xarici səfərlərə yollanmasına məhdudiyyət qoyulur və Rostropoviç solo konsertlər vermək üçün Sibirə göndərilir.
Nəhayət, Rostropoviç ailəsi ilə birgə 1974-cü ildə Sovetlər İttifaqını tərk edərək ABŞ-a yollanır. Tezliklə vətənində musiqi fəaliyyətinə qəti qadağan tətbiq olunur və ardınca 1978-ci ildə Sovetlərin mədəni azadlığa qoyduğu məhdudiyyətlərə qarşı kəskin çıxışlarına görə Sovet vətəndaşlığından məhrum edilir.
1977-1994-cü illər aralığında isə Rostropoviç Vaşinqtondakı ABŞ Milli Simfonik Orkestrinin musiqi direktoru və dirijoru kimi fəaliyyət göstərir. Bununla belə Sviatoslav Rixter və Vladimir Horovitç kimi məşhur musiqiçilərlə də çalışır. O həmçinin Rostropoviç Musiqi Festivalının təsisçisi və Birləmiş Krallıqda Benjamin Britten və Piter Pirsin təsis etdikləri Aldeburq Festivalının mütəmadi iştirakçısı olur.
Həmyerlimizin Berlin Divarlarının dağıdılması zamanı gözlənilməz, tamamilə improvizasiyaya əsaslanmış ifası onun dünya nüfuzunu daha da artırır və onun bu qeyri-adi ifası televiziya vasitəsilə bütün dünyaya nümayiş etdirilir. 1990-cı ildə isə artıq Amerika vətəndaşı olmasına baxmayaraq ruslar onun Rusiya vətəndaşlığını bərpa edirlər.
Rostropoviç və həyat yoldaşı Galina Vişnevskaya Azərbaycanda da bir sıra sosial layihələrdə yaxından iştirak etmiş və ölkəmizdə iri miqyaslı peyvənd proqramını maliyyələşdirmişdir. 2002-ci il mart ayının 4-də sevimli həmyerlimiz dahi Rostropiviçin Bakıda ev muzeyi açılmışdir. Rostropoviç həyat yoldaşı ilə Azərbaycana vaxtaşırı səfərlər etmiş və Azərbaycan Dövlət Konservatoriyasında təkmilləşmə sinifləri təşkil etməklə Azərbaycan musiqi sənətinə də dəyərli töhvələr bəxş etmişdir.
Rostrpoviçin ifalarını 1711-ci ildə hazırlanmış bütün dövrlərin ən yüksək musiqi aləti kimi tanınan Duport Stradivarius adlı violenç olub.
2006-cı ildən etibarən dahi musiqiçinin səhhəti kəskin pişləşməyə başlayır. Çikago Trubune qəzeti musiqiçinin Cenevrədə əməliyyat olunması və sonradan kəskin mədə xorasından müalicə alması haqqında şayələr yayır. Rusiya prezidenti Vladimir Putin Rostropoviçi 2007-ci il martın 27-si, doğum gününə nəzərdə tutulmuş 80 illik yubileyinin keçirilməsinə dair detalları müzakirə etmək üçün ziyarət edir. Rostrpoviç tədbirə qatılır. Bundan bir qədər öncə aprel ayının 7-sində musiqiçi bağırsaq xərçəngi diaqnozu ilə Bloxim adına Onkoloji Xəstəliklər İnstitutuna yerləşdirilir. Dahi Rostrpoviç həmin ilin aprelin.
Aprelin 28-si isə cənazəsi bir vaxtlar təhsil aldığı Moskva Konservatoriyasında qoyulur. Fəxri dəfn mərasimində Rusiya prezidenti Vladimir Putin, İspaniya kraliçası şahzadə Sofiya, həmin vaxt Fransanın birinci xanımı Bernadet Şirak, Azərbaycan prezidenti İlham Əliyev dahi musiqiçi ilə vidalaşmağa gəlirlər.

Simsar.az






27 Mart, 2015  09:18 Baxılıb: 1158 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner