Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanın və azərbaycanlıların rekordları

Dünyada insanlar tərəfindən həyata keçirilən və yaxud təbiətdə qeydə alınan ən yüksək nəticələri ümumiləşdirən məşhur Ginnesin Rekordlar Kitabında Azərbaycan və azərbaycanlılarla bağlı rekordlar da qeydə alınıb.

Simsar.az həmin rekordları oxucularımıza təqdim edir:

1. 28 oktyabr 1995-ci ildə "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 nəfər həlak olmuş, 400 nəfər isə xəsarət almışdır. Bu qəza "Ginnes Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb.

2. Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belçikada yaşayan Fəxrəddin Vəliyev 2004-cü ildə adı "Ginnesin Rekordlar Kitabı"na düşmüş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə 20 nəfərin siluetini çəkməklə bu şərəfə nail olub.

3. Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini 7 yaşlı Ələsgər Rəhim oğlu Həsənzadə "Ginnesin Rekordlar Kitabı"na düşən ən azyaşlı qalibdir. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb enmişdir.

4. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Hazırda bu rekord təzələnib.

5. Azərbaycanlı şahmat qrossmeysteri Qədir Hüseynov. 1986-cı ildə anadan olmuş Qədir Hüseynov 1994-cü ildə Rumıniyada keçirilmiş Avropa çempionatında 1-ci yeri tutaraq 8 yaşında qazandığı bu nailiyyətə görə "Ginnesin Rekordlar Kitabı”na düşüb.

6. Hüseyn Rzazadə "Ginnesin Rekordlar Kitabı"na planetimizin an güclü pəhləvanı kimi daxil olub. Güney Azərbaycanlıdır. 1978-ci ildə Ərdəbildə anadan olub. Ağırlıqqaldırma üzrə ikiqat olimpiya və dörd dəfə dünya çempionudur. 263 kiloqram ağrlığı başı üzərinə qaldıran Hüseyn 2004-cü ildə 263.5 kq. ağırlıq qaldırmaqla özünün müəllifi olduğu dünya rekordunu təzələyib.

7. Dünyanın ilk gənc peşəkar rəssamı kimi rekordlar kitabına adını yazdırmış Stanislav Şpanin də azərbaycanlıdır. 1990-cı ildə Bakı şəhərində anadan olmuş Stanislav milliyətcə rus olsa da, 2002-ci ildə Azərbaycan vətəndaşı kimi "Ginnesin Rekordlar Kitabı”na düşüb.

8. Etibar Elçiyev ”Ginnesin Rekordlar Kitabı”na düşmüş son azərbaycanlıdır. Gürcüstanın Borçalı mahalında yaşayır. O, öz bədəni ilə dəmir əşyaları saxlamaq bacarığı ilə "Maqnit adam" ləqəbi alıb. Etibar Elçiyev 2014-cü ildə bədənindəki xüsusi maqnit cazibəsinin köməyi ilə eyni vaxtda bədənində saxladığı metal qaşıqları sayına görə dünya rekordu vurub. "Maqnit adam" bədənində eyni vaxtda 50 qaşıq saxlayıb.






25 Mart, 2015  14:13 Baxılıb: 864 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner