Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Kreml əsgərini İrəvana vermir

Ermənistan parlamentinin bu gün keçirilən iclasında "Gümridə Avetisyan ailəsinin qətlinin qınanması haqqında" bəyanat layihəsinin gündəliyə salınması rədd edilib. Sənəddə ittiham edilən, Rusiya hərbi qulluqçusu Valeri Permyakovun törətdiyi qətlə görə Ermənistan məhkəməsinə çıxarılması tələb olunurdu.

Simsar.az-ın məlumatına görə, müzakirələrin gedişatında parlamentin müxalifət fraksiya üzvləri bildiriblər ki, onlar bəyanatın qəbulunu dəstəkləyirlər, amma onu tamamlamaq üçün müvəqqəti geri götürməyi təklif ediblər.

İclasda sənədin gündəliyə salınması üçün 42 deputat lehinə səs verib, 1 nəfər bitərəf qalıb. İqtidarda olan Respublika Partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan bildirib ki, bu məsələ ilə istintaq məşğul olur və biz hüquq-mühafizə orqanlarının işinə qarışmaq istəmirik: "Bizdə siyasi saxtakarlar qarşısından qaçmaq arzusu yoxdur".

Bəyanat layihəsini İrs Partiyasından olan qərbyönümlü deputat Zarui Postandjyan təqdim edib və bu, parlamentin dövlət-hüquqi məsələləri komissiyasında müsbət qarşılanmayıb.

"Daşnaksutyun" partiyasının deputatı Arsvik Minasyan deyib ki, komissiyanın üzvləri müəllifdən sənəd layihəsini müvəqqəti geri götürməyə xahiş ediblər. Çünki sənədə bəzi düzəlişlər əlavə olunmalıdır.

Xatırladaq ki, bu il yanvarın 12-də Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri ikiyaşlı qız daxil olmaqla 6 nəfəri avtomatla güllələyib. Qətldə şübhəli bilinən Valeri Permyakov Türkiyə sərhədində saxlanılıb və ifadə verib. Rusiya Müdafiə Nazirliyi bununla bağlı Ermənistana mümkün köməyi və dəstəyi göstərməyə söz versə də, ortalıqda konkret heç nə yoxdur.






23 Mart, 2015  17:30 Baxılıb: 957 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner